Accessibility links

Amerikada ət yeyənlərin sayı azalır [Video]


BMT-nin məlumatına görə, amerikalılar dünyada ən çox ət yeyən millət sayılırdı. Amma son vaxtlar Amerikanın hamburgerlərə iştahı azaldıqca dünyanın yerdə qalan hissəsinin ətə meyli güclənir.

Vaşinqtondakı “Juice-Joint” kafesində nahar vaxtıdır. Co Yonan buradakı sağlam supları sevir. Yonan qızardılmış ətlər üzrə ekspertdir. Lakin son zamanlar onun ətə münasibəti tam dəyişib. “Mən başa düşürəm ki, ət gözəl görünə bilə və dadlı ola bilər, lakin mən ət yemək istəmirəm” deyə, o bildirir.

Yonanın dedikləri ciddidir, çünki o, ölkənin ən böyük və ən nüfuzlu qəzeti Vaşinqton Post-un ərzaq bölməsinin tanınmış redaktorudur. O, bu yaxınlarda vegeterian olub və bu qərarı sağlamlıq səbəbləri və işdə bu barədə öyrəndikləri ilə izah edir. Yonan bu barədə qəzetdə məlumat yayanda çox sayda müsbət rəylər aldığını deyir. “Mən insanlardan çox sayda e-mail aldım. Məsələn, biri yazırdı: “mən vegetarian deyiləm, lakin mən bu istiqamətdə çalışıram”.

İndi insanlar daha çox tərəvəz yeməyə çalışır. Birləşmiş Ştatlar hökumətinin məlumatına görə, 2006-cı ildən 2010-cu ilədək ət yeyənlərin sayı altı faiz azalıb. Bu isə son on ildə ən yüksək göstəricidir.

Ət yeməmək son zamanlar iqtisadiyyadakı problemlər, ət qiymətlərinin qalxdığı bir vaxt insanlar üçün həm də əlverişlidir.

Yer Kürəsi Siyasəti İnstitutundan tədqiqatçı Lester Braun: “İndiki nəsil bundan əvvəlki nəsildən fərqli olaraq, nə ət, nə də kartof həvəskarıdır.”

Belə bir nəticəyə çox sayda araşdırmaların nəticələrinin qırmızı ətin ürək-damar xəsrəliklərinə, infarkta, və ya xərçəngə səbəb olduğunu göstərməsindən sonra gəlinib.

“Biz çox qırmızı ət yeməyin yaxşı olmadığını anlamağa başlamışıq.” - deyə, Lester Braun bildirir.

Restoranlar da menyuda ətsiz yeməkləri artırıb. Kristofer Roberson Vaşinqtondakı Naji restoranında baş aşpazdır. Bu restoranda hər həftənin bazar ertəsi, “Ətsiz bazar ertəsi” adlanan gün yalnız tərəvəzdən hazırlanmış yeməklər bişirilir.

Lakin Lester Braun Birləşmiş Ştatlarda ətdən hazırlanan yeməklər az yeyildikcə, inkişaf etməkdə olan ölkələrdə həyat standartları qalxdıqca ətə tələbatın artdığını deyir. “İnkişaf etməkdə olan ölkələrdə ətə tələbat sürətlə artır. Buna misal Braziliyanı gətirmək olar olar ki, burada mal ətinə, eləcə də donuz ətinə tələbat yüksəkdir. Çində də son iyirmi ildə ətə tələbat xeyli artıb.”

Bu ölkələrdə heyvanlar üçün çox miqdarda su və yem lazım olur ki, bu, da ətraf mühiti təhlükə qarşısına qoyur. “Əgər dünyanın yerdə qalan hissəsi ABŞ-dakı kimi paxlalı yem istehlak etməyə başlasa onda bizə əlavə iki-üç planet lazım gələ bilər,” - deyə Braun meydana çıxan tendensiyadan narahatlığını ifadə edir.
XS
SM
MD
LG