Accessibility links

Yay mövsümü proqramları tələbələrə biznesin sirlərini öyrədir [Video]


Tələbələr biznesin sirlərini öyrənir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Onlar təkcə məktəb və ya kollec tələbələri deyil, onlar eyni zamanda ayaqqabılar və çantalar üçün bəzəklər düzəltməklə, öz bizneslərini qurmaqla məşğuldurlar. Baş verənlər ticarəti öyrədən qeyri-hökumət təşkilatı ilə məktəblərin əməkdaşlığının bəhrəsidir.

19 yaşlı Nikol Salazar öz şirkətini 2 il əvvəl yaradıb. “Mən ayaqqabı sənayesindən başlamaq istədim. Lakin mənin ayaqqabı işindən heç başım çıxmırdı və mən bu işlə məşğul olanları axtarmağa başladım” - deyə, o bildirir.

Nikol satmaq üşün köhnə ayaqqabıların üzərinə müxtəlif daşlar və zəncirlərdən bəzəklər hazırlayır. Belə ayaqqabılar və bəzəklər yeniyetmə və gənc qızlar arasında populyardır.

Nikol özünün biznesini genişləndirmək üçün internetdə səhifəsini açmağa çalışır. Bu işdə ona fotoqrafiya biznesi işlədən başqa tələbə yardım göstərir.

Onların hər ikisi Los-Anceles yaxınlığındakı Loundeyl şəhərində, tələbələrin yay tətili proqramında çalışır. İqtisadiyyat fənni üzrə müəllim Brendi Kobb belə təlimlərin tələbələrin gələcək karyerasına yardım etdiyini deyir. “Mən onların gələcəkdə çoxlu seçimə malik olmalarını istəyirəm. Bu gələcək onlara öz arzularının dalınca getməyə imkan verəcək.”

Bu, ayaqqabı, yaxud çanta aksesuarları ola bilər.

Öz yeni biznes ideyaları ilə müxtəlif müsabiqələrdə iştirak edən bu tələbələr ekspertlər tərəfindən tənqid də edilir. Tələbələrə yeni biznes ideyaları verməkdə yardım edən bu yay mövsümü proqramı təkcə Los-Ancelesdə deyil, bütün Birləşmiş Ştatlar boyu həyata keçirilir. Daha mükəmməl proqramlara Nyu Yorkda və Los Ancelesdə yazılmaq olar.

“Sahibkarlığa Dair Bilik Şəbəkəsi”ndən Nadya Şahin bu növ tədbirlərin aşağı gəlirli ailələrdən gələn uşaqları özünə cəlb etdiyini deyir. “Bu tələbələrin çoxu əla oxuyan tələbələr deyil, Lakin onlar doğrudan da öz bizneslərini qurmaq, pul qazanmaq və özləri özlərinin sahibi olmaq istəyir”

Tələbələr burada biznes planları qurmalı, xərclər və gəlirlər müəyyən edilməlidir. Nikol Salazar bunun işin ən ağır tərəfi olduğunu deyir. “Maliyyə və rəqəmlərin dəqiq olması çox çətindir. Əsasən də birinci ildə.”

Biznes sahəsində hər dəfə yeni problemlərlə üzləşmələrinə baxmayaraq, bu tələbələr yorulmadan öz məqsədlərinə çatmağa can atırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG