Accessibility links

Amerika – Azərbaycan hərbi əməkdaşlığının inkişaf prioritetləri müzakirə edilir


Seleste Vollander

Seleste Vollander

ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini xanım Seleste Vollander Bakıda səfərdədir

ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini xanım Seleste Vollander Bakıda səfərdədir. Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə xanım Seleste Vollanderin görüşündə ABŞ - Azərbaycan hərbi əməkdaşlığının inkişaf prioritetləri geniş müzakirə mövzusu olub.Nazir Əbiyev həmçinin ABŞ-ın müdafiə katibinin köməkçisinin müavininə ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın həmsədr ölkə kimi fəaliyyətini gücləndirməsinin vacibliyi, regionda təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti barədə fikirlərini çatdırıb.

XS
SM
MD
LG