Accessibility links

Amerika ABŞ-Çin internet əməkdaşlığı sahəsində tərəqqi müşahidə edilməməsindən ciddi narahatlıq hissi keçirir

  • Amerikanın səsi

Amerika ABŞ-Çin internet əməkdaşlığı sahəsində tərəqqi müşahidə edilməməsindən ciddi narahatlıq hissi keçirir

Amerika ABŞ-Çin internet əməkdaşlığı sahəsində tərəqqi müşahidə edilməməsindən ciddi narahatlıq hissi keçirir

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

ABŞ-ın İqtisadi Artım, Enerji və Ətraf Mühit nazirinin müavini Robert Hormats bildirib ki, Amerika ABŞ-Çin internet əməkdaşlığı sahəsində tərəqqi müşahidə edilməməsindən ciddi narahatlıq hissi keçirir. ABŞ hökuməti və sənayesi üçün mühüm əhəmiyyət kəsb edən bu məsələnin onlayn ticarətinin daha uçuz başa gəlməsi üçün beynəlxalq texniki standartlarla dəstəklənməsinə ehtiyacı var.

Çinlə bağlı qayğılara səbəb olan digər bir ciddi məsələ intellektual mülkiyyətin qorunmasıdır. İnnovatorlar və ixtiraçıların mülkiyyət hüquqularının qorunması olduqca ciddi bir sahədir. Amerikanın Beynəlxalq Ticarət Komissiyası onlayn ticarəti də daxil edilməklə, bunun Çində yüksək texnoloji xarici investisiyaya mənfi təsir göstərdiyini bildirir.

Kibernetika təhlükəsizliyi sahəsi ciddi narahtlıq doğurur. Süni onlayn təhlükələrinin sayı artmaqdadır. Kibernetika hücumlarına yol verilməməsi həm Çin, həm də Amerikanın maraqlarına xidmət edir. Dövlətlər əməkdaşlıq etməklə informasiya texnologiyasının təhlükəsizliyini təminat altına almalıdır.

ABŞ-ın İqtisadi Artım, Enerji və Ətraf Mühit nazirinin müavini Robert Hormats bildirib ki, ABŞ və Çin kibernetika hədələrinin aradan qaldırılması və qarşılıqlı etimad yaradılması sahəsində ciddi iş aparmalıdır.

Robert Hormats bildirib ki, internet azadlığının müdafiəsi hər bir hökumət, şirkət, geyri-hökumət təşkilatının borçudur. "İnternet insan hüquqlarına ehtiram və fundamental azadlıqların, təhlükəsizlik və tolerantlığın məkanıdır".

Çinə gəldikdə, Amerika senzura və internef kəşfiyyatından narahatdır. Bir çox veb səhifələri bağlanıb, elektron poçtlar və digər kommunikasiyalar monitorinq edilir.

Son İllər Çində internetə nəzarət artıb. Bu isə insan hüquqlarına təhlükə yaradır. "İfadə azadlığı, toplaşma hüququ beynəlxalq və daxili qanunlarla müdafiə edilir. Onlaynda olduğu kimi adi həyatda da bunlar insanlara şamil edilməlidir "- deyə Robert Hormats bildirib.

Amerika və Çin balanslı, qaydalara əsaslanan əlaqələr yolunda uzun məsafə qət etməlidir. Hər iki ölkə kibernetika təhlükəsizliyi, mülkiyyət hüquqularının qorunması, internet azadlığının təminat altına alınması ilə azad ideyalarını mübadilə edə bilər.

XS
SM
MD
LG