Accessibility links

Amerika Afrika buynuzuna əlavə 17 milyon dollarlıq vəsait ayırıb


Amerika Afrika buynuzuna əlavə 17 milyon dollarlıq vəsait ayırıb
Amerika Afrika buynuzuna əlavə 17 milyon dollarlıq vəsait ayırıb

Amerika Afrika buynuzunda açlıq çəkənlərə yardım məqsədi ilə əlavə 17 milyon dollarlıq vəsait ayırıb. ABŞ dövlət katibi Hillari Klinton 12 milyon dolların quraqlığın ən ciddi təsirinə məruz qalan Somaliyə veriləcəyini deyib. ABŞ indiyədək humanitar məqsədlərlə regiona 580 milyon dollarlıq yardım göstərib. Bu gün Vaşinqtonda danışan xanım Klinton deyib ki, Afrika buynuzunda vəziyyət dünyada ən ciddi humanitar böhrandır. ABŞ dövlət katibi vəsaitin 4.6 milyon insan üçün nəzərdə tutulduğunu bildirib. BMT Somalinin cənubunda açlıq səbəbi ilə yüzlərlə insanın Kenyaya üz tutduğunu bildirir. Humanitar yardım ofisinin məlumatına görə, hər gün 1500 somalili Kenyanın şimalındakı qaçqın düşərgəsində sığınacaq axtarır.

XS
SM
MD
LG