Accessibility links

Amerika arzularımda adlı rəsm müsabiqəsinin qalibləri elan olunub


Amerika arzularımda adlı rəsm müsabiqəsinin qalibləri elan olunub
Amerika arzularımda adlı rəsm müsabiqəsinin qalibləri elan olunub

Müsabiqəyə təqdim edilmiş rəsm əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qalereyasındakı sərgidə nümayiş olunur

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən tədbirdə “Amerika arzularımda” adlı müsabiqənin qalibləri elan olunub. Akademiya ilə əməkdaşlıq şəraitində Amerikanın Bakıdakı Səfirliyi tərəfindən təşkil olunan 2-ci illik rəsm müsabiqəsində 52 azərbaycanlı tələbə rəssam iştirak edib. Rəsm əsərləri hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qalereyasındakı sərgidə nümayiş olunur.

Bu, Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən ikinci rəsm müsabiqəsi və sərgisidir.

“Ümidvarıq ki, bu növ layihələr azərbaycanlılara və amerikalılara biri-birlərini daha yaxşı tanımaq imkanı verəcək. Akademiyanın tələbələri tərəfindən işlənən rəsm əsərləri və heykəltəraşlıq işləri böyük istedad və Birləşmiş Ştatlara olan marağı nümayiş etdirir. Biz, Akademiya ilə, xüsusilə də tələbə rəssamlarla tərəfdaş olmaqdan şərəf duyuruq,” - deyə Amerika səfirliyinin səfir müavininin əvəzedicisi Terri Devidson bildirib.

XS
SM
MD
LG