Accessibility links

ABŞ astronavtları fəza stansiyasındakı nasazlığı aradan qaldırmağa çalışacaq


ABŞ Fəza agentliyi NASA qərar gəlib ki, soyuducu sistemin təmiri üçün iki amerikalı astronavt bir neçə dəfə fəzaya çıxsın.

Keçən çərşənbə günü fəza stansiyasının iki ammonyak soyuducu sistemindən birinin fəaliyyəti dayanıb. Astronavtlar mühüm əhəmiyyət kəsb etməyən cihazları söndürməyə və laboratoriyanın bəzi elmi təcrübələrini dayandırmağa məcbur olublar.

Mühəndislər nasosun yararsız hala düşən hissəsini stansiyanın içərisindən təmir etməyə müvəffəq olmadıqdan sonra NASA onların fəzaya çıxmalarına qərar verib.

Mühəndislər Rik Mastraçio və Maykl Hopkins şənbə günü təmirə başlayacaq.

Əlavə olaraq dekabrın 23 və 25-də təmirin davam etdirilməsi gözlənilir. Təmir işləri səbəbiylə çərşənbə axşamına planlaşdırılmış karqo uçuş təxirə salınıb.

NASA rəsmiləri bildirir ki, üç rusiyalı və bir yapon astronavt daxil olmaqla altı nəfərdən ibarət ekipaj üzvünün həyatına heç bir təhlükə yoxdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG