Accessibility links

Avropa ABŞ-ın kəşfiyyat siyasətinə etiraz edir [Video]


Avropa rəsmiləri ABŞ-ın Avropa liderllərinin söhbətlərinin dinlənilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün Amerikaya səfər edib. Milli Təhlükəsizlik Agentliyinin Almaniya kansleri Angela Merkelin telefon danışıqlarının izlədiyinə dair iddialar Avropa rəsmilərinin Ağ Evə sualla müraciət etmələrinə yol açıb. Görüş bağlı qapılar arxasında keçirilib.

ABŞ rəsmiləri Milli Təhlükəsizlik Agentliyinin iddialarla bağlı araşdırma apardığını və buna bir daha yol verilməyəcəyini deyir. Lakin Vaşinqton Merkelin danıqşılarının dinləndiyini inkar da etmir.

Kəşfiyyat agentliyinin direktoru Ceyms Klapper və digər kəşfiyyat rəsmiləri Almaniyanın milli təhlükəslik müşavirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avropa parlamentinin üzvləri də suallarına cavab axtaran nümayəndələr arasında olub.
Britaniyalı parlament üzvü Klod Morayes deyir ki, onlar kəşfiyyat proqramlarında Avropanın kəşfiyyat xidmətinin yardımı olub-olmadığını müəyyən etməyə çalışır.

"Casusluq həmişə mövcud olub. Lakin bizi dostlara qarşı casusluq olmayacağında əmin ediblər. Əlbəttə, əgər bunun ciddi bir məqsədi yoxdursa."
Almaniyanın Parlamentinin üzvü Elmar Brok müttəfiqlərə qarşı casusuluğun qəbuledilməz olduğunu deyir. "Dostlar arasında casusluqdan yaxa qurtarmalıyıq. Simvolik deyil, həqiqi şəkildə."

MTA direktoru, ordu generalı Kit Aleksander Konqresdə ifadə verərkən idarəsinin fəaliyyətini müdafiə edib. O, milyonlarla avropalının telefon söhbətlərinin dinlənildiyini inkar edib. "Bizim idarəmiz və ya ABŞ-ın telefon söhbətlərini izlədiyinə dair iddialar yanlışdır. Buraya avropalıların da daxil edildiyi yanlış məlumatdır. "

Aleksanderin dediyinə görə, MTA müttəfiqləri vasitəsi ilə müəyyən avropalıların telefon danışıqları barədə məlumat alıb. "Bu məlumatları bizə agentliyin xarici tərəfdaş mənbələri verib. Bu məlumatı biz adi avropalı vətəndaşların danışqılarından əldə etməmişik."

Bu iddialara görə Avropa rəsmiləri Amerikanın 4200 şirkətinin Avropada biznes aparmasına imkan yaradan razılığı ləğv ermək istəyir.

Eyni zamanda MTA Yahoo və Google şirkətlərinin internet axtarış məlumat mərkəzlərinə çıxış əldə etdiyi barədə də iddalar meydana çıxıb. Bu haqda məlumatı məlumatı Edvard Snoudenin yaydığı sənədlərə istinad edən Washington Post qəzeti verib.

Bir yandan da BMT kommunikasiya şəbəkəsinin ABŞ-ın kəşfiyyat agentlikləri tərəfindən monitorinq edilməyəcəyinə təminat tələb edir. Baxmayaraq ki,qurum keçmişdə izlənildiyi barədə heç bir məlumat vermir.
XS
SM
MD
LG