Accessibility links

2014 Vaşinqton avtomobil sərgisi- Yeni texnologiyalar [Video]


Ən çox diqqət çəkən modellərdən biri Toyotanın hidrogen gücüylə işləyən FCV Concept avtomobilidir. Yanacaq hüceyrələri hidrogen gücünü elektrikə çevirərək avtomobilin akkumulyatorunu doldurur. Hidrogen həm asan əldə olunur, həm də ucuzdur. Onun hasilatında təmiz sudan istifadə olunur. Bu modelin gələn il satışa çıxma ehtimalı gözlənilir.

Cənub Karolina Klemson Universitetinin Avtomobil Sistem Dizaynı proqramının rəhbəri Zoran Filipi deyir ki, yanacaq hüceyrələri uzun müddətli ekoloji həll yoludur.

Zoran Filipi: İstehlakçıların bu texnologiyadan gələcəkdə istifadə edəcəyi xəbəri sevindiricidir, çünki bu yeni texnologiyanın real təcrübədən keçməsinə şərait yaradacaq. Bu bizi gələcəyə hazırlayacaq, infrastrukturun qurulmasına gətirib çıxaracaq.

Toyota rəsmiləri deyir ki, avtomobil ən azı 500 km məsafə qət edə bilər və yanacaq çəninin doldurma müddəti, benzin istifadə edən avtomobillərinki qədərdir.

Ancaq çoxları üçün ən əlverişli seçim olan adi yanacaqla işləyən, ələlxüsus dizellə işləyən avtomobillər də getdikcə təmiz texnologiyaya üz tuturlar. Artiq bunları bahalı avtomobillərdə də görmək olar.

Klemson Universitetinin professoru Zoran Filipi deyir ki, daxili yanma mühərrikləri geri qayıdır.

Zoran Filipi: Biz təkmilləşmiş daxili yanma mühərriklərinin kombinasiyasını - 7,8,9, 10-sürətli transmissiyalarda görürük və bu yanacağa qənaətdə 10, 15 hətta 20 faiz irəliləyiş göstərir.

Hibrid mühərriklər bahalı avtomobillərdə də istifadə olunmağa başlanıb. ABŞ-ın Cadillac avtomobil şirkəti bu il Yaşıl Avtomobil Texnologiyası mükafatına layiq görülüb. Şirkətin ELR model avtomobili elektriklə işləyən mühərrikə və akkumulyatoru doldurmaq üçün cüzi yanacaqla işləyən mühərrikə malikdir.

Texnologiyada irəliləyişlərdən biri də avtomobillərin gövdəsində yenidən-istifadəli materiallardan istifadə olunmasıdır. BMV-nin i3 modelinin sərnişin yeri tamami ilə karbon fiber plastikdən düzəldilərək çəkisi azaldılıb.

Filipi deyir ki, yüngül materiallar və onların strukturu güclü akkumulyatoru olan avtomobillər üçün olduqca mühümdür.

Zoran Filipi: Biz gələcəkdə istehsalında fərqli materiallardan istifadə olunmuş avtomobillər görə bilərik. Polad, alimunum, karbon lif. Bunların hamısı eyni avtomobildə istifadə olunub və qaynaqlar yapışqanla əvəzlənib.

Filipi deyir ki, bio-əsaslı və təbiətə qarışan kompozitlərdən avtomobilin içərisi üçün istifadə olunması üzərində aparılan araşdırmalar gələcək üçün vədvericidir.

Vaşinqton Avtomobil Sərgisində avtomobillər göstərir ki, gələcəyin maşınları həm ucuz olacaq, həm də onların ətraf mühitə vurduqları ziyanın həcmi tədricən azalacaq.
XS
SM
MD
LG