Accessibility links

Bakıda keçirilən forumda Amerikanın 42 ştatını əhatə edən 320 nümayəndə iştirak edir. Nümayəndə heyətinə hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər daxildir.

Azərbaycan regionda ABŞ üçün mühüm ölkədir və Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək. Mayın 29-da Bakıda Heydər Əliyev Mərkəzində açılan “Gələcəyə baxış” ABŞ-Azərbaycan forumunun əsas leytmotivi belədir.

Forumda 42 ştatı təmsil edən 320 nəfərlik böyük nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər daxildir.

Forumu giriş sözü ilə Azərbaycan prezidenti İlham Əliyev açıb. O, iki ölkə arasında siyasi münasibətlərin və dialoqun yüksək səviyyədə olduğunu qeyd edib.

Amerika-Azərbaycan forumu

Amerika-Azərbaycan forumu

ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına böyük investisiyalar qoyublar. Bundan əlavə, ABŞ və Azərbaycan qlobal və regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji sahəsində sıx əməkdaşlıq edirlər. Əfqanıstanda beynəlxalq əməliyyatın təminatı üçün yüklərin 40%-i Azərbaycan vasitəsilə daşınır.

ABŞ həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mühüm rol oynayır.

İ.Əliyev ümidvar olduğunu bildirib ki, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunacaq. Prezident Ermənistan-Azərbaycan münaqişəsində hazırki status-kvonun qəbul edilməzliyi ilə bağlı Amerikanın yüksək rəhbərliyinin məlum bəyanatını alqışlayıb.

Amerika-Azərbaycan tərəfdaşlığı bu gün də 90-cı illərin əvvəllərindəki qədər əhəmiyyətlidir.
Enerji əməkdaşlığına toxunan İ. Əliyev “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Azərbaycanın fəal iştirakını qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təminatı üçün mühüm olan bu layihə ABŞ tərəfindən də dəstəklənir.

“Amerika-Azərbaycan tərəfdaşlığı bu gün də 90-cı illərin əvvəllərindəki qədər əhəmiyyətlidir”, dövlət başçısı ötən əsrin 90-cı illərində Amerikanın dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşmasında Amerikanın siyasi dəstəyinin əhəmiyyətinə işarə edib.

İ.Əliyev forumda əməkdaşlığın siyasi, təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi, ticarət əlaqələrinin perspektivlərinə diqqət ayrılacağını deyib.

Biz Amerika şirkətlərinə müraciət edəcəyik ki, yeni əməkdaşlıq sahələrini araşdırsınlar.
“Çoxsaylı Amerika şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Amma, potensial hələ çoxdur. Biz Amerika şirkətlərinə müraciət edəcəyik ki, yeni əməkdaşlıq sahələrini araşdırsınlar”, o qeyd edib.

Dövlət başçısı ölkədə demokratik və siyasi islahatların aparıldığını deyib. O azadlıqların təmin edildiyini və əhalinin 70 faizinin internet istifadəçisi olduğunu diqqətə çatdırıb.

Senator Riçard Luqar

Senator Riçard Luqar

“Biz 90 illərdə elan etdiyimiz demokratik və azad ölkə qururuq”.

Prezident qeyd edib ki, NATO və Aİ ilə əməkdaşlıq Azərbaycanın siyasətinin prioritetidir.

İ.Əliyev deyib ki, öz prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün çox işlər görüb və forum əməkdaşlığın gələcək perspektivlərini müəyyən edəcək.

Demək olar ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov da bu cür çıxış edib.
Amerikalı iştirakçılar regionda ABŞ-ın siyasəti baxımından Azərbaycanın əhəmiyyətini qeyd ediblər, Bakının qlobal təhlükəsizlik və enerji məsələlərinə töhfəsini vurğulayıblar.

Nyu Yorkdan konqresmen Qreqori Miks qeyd edib ki, nümayəndə heyətinin tərkibində həm Respublikaçı, həm də Demokrat partiyalarının nümayəndələri var.

Həm demokratların, həm də respublikaçıların Azərbaycanla bağlı mövqeləri üst-üstə düşür.
“Bu, hər iki partiyanın Azərbaycana dair mövqeyinin üst-üstə düşməsindən xəbər verir”, konqresmen deyib.

O qeyd edib ki, ABŞ demokratik inkişaf üçün nümunə ola bilər. Miksin fikrincə, silahlanmaya deyil, təhsilə, əhalinin rifahına vəsait qoyulanda, bu demokratiya və sabitliyin rəhninə çevrilir.

ABŞ səfiri Riçard Morninqstar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq əməliyyatlarda Azərbaycanın töhfəsini qeyd edib, həmçinin ABŞ-ın Azərbaycanda demokratik islahatları dəstəklədiyini bəyan edib.

Bakı ilə Hyuston arasında təyyarə reysi açıllsın.
Konqresmen Stiv Stokmən Bakı ilə Hyuston arasında təyyarə reysinin açılmasını təklif edib.

Hyustondan olan digər konqresmen Şeyla Cekson Li deyib ki, 40-dan çox Hyuston şirkəti Azərbaycanda fəaliyyət göstərir.

“Bizim irəliləyən kursumuz var. SOCAR Hyustonla çox yaxşı əlaqələr qurub”, konqresmen qeyd edib.

O Azərbaycanda azadlıq və demokratiyanın təmin edildiyini bildirib.

“Siz çox təhlükəli regionda yerləşirsiniz. Regionda heç kim bu ölkəni siyasi
Siz çox təhlükəli regionda yerləşirsiniz.
kursundan döndərə bilməyib. Azərbaycan azad, demokratik müsəlman ölkəsidir. Qadınların hüquqları tam təmin edilib. Azərbaycan 21-ci əsrin ölkəsidir. Amerika sizə dost əlini uzadır”.

Konqresmen Cim Braydnştayn təmsil etdiyi Oklahoma ştatının Azərbaycanla əməkdaşlığından danışıb.

“Bizim Milli Qvardiya Azərbaycanla əməkdaşlıq edir. Mən hərbi pilot olmuşam. Amerika və Azərbaycan hərbiçiləri İraqda və Əfqanıstanda eyni koalisiyada fəaliyyət göstərir. Biz birgə döyüşə hazırıq”, konqresmen deyib.

Biz birgə döyüşə hazırıq.
Amerikanın keçmiş nəqliyyat komandanı, general Dankn MakNab Amerika-Azərbaycan əməkdaşlığının İraq və Əfqanıstandakı mühüm məqamlarını diqqətə gətirib.

“Biz Əfqanıstana şimal marşrutunu nəzərdən keçirəndə ilk diqqətdən keçirdiyimiz ölkə Azərbaycan olub. Azərbaycanın Silk Way aviaşirkəti yüklərin İraq və Əfqanıstana daşınmasında mühüm rol oynayır”.

General xatırladıb ki, vaxtı ilə Əfqanıstana yüklərin 80 faizi Pakistan ərazisi , 20 faizi aviasiya vasitəsi ilə daşınırdısa, hazırda bütün yüklərin 40 faizi Azərbaycan vasitəsi ilə daşınır.

Forum çərçivəsində müxtəlif panellərdə aşağıdakı mövzular müzakirə olunub:

- ABŞ - Azərbaycan strateji tərəfdaşlıq: Azərbaycana qarşı ABŞ-ın siyasəti;

- Xəzər regionu və Avropanın enerji təhlükəsizliyi, dünyanın enerji təhlükəsizliyi dinamikasının dəyişdirilməsi: Cənub enerji dəhlizi üçün yeni imkanlar;

- Şərq və Qərb arasında Azərbaycan;

- Avrasiya təhlükəsizlik və əməkdaşlıq: Azərbaycanın regional sülh və sabitlikdə rolu.

Yekun iclas "ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq: növbəti addımlar" mövzusuna həsr olunacaq.

Qeyd edək ki, Amerika nümayəndə heyəti mayın 24-dən Bakıdadır və qonaqpərvər ev sahibləri böyük mədəni proqram təşkil ediblər. Proqrama “7 gözəl” baletinə tamaşa, tarixi yerləyə səyahət, banketlər daxildir.

Mövzuya uyğun

XS
SM
MD
LG