Accessibility links

ABŞ Dövlət Departamentinin Amerikanın Səsinə daxil olan bəyanatında “Şahdəniz” konsorsiumunun Transadriatik Boru Kəmərini (TAP) seçməsini rəsmən bəyan etməsinə ABŞ hökumətinin münasibəti öz əksini tapıb.

Bəyənatda Dövlət Departamentinin sözçüsü Patrik Ventrell bildirir ki, «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün TAP kəmərinin seçilməsi Azərbaycanın böyük uğuru və Xəzər qazını avropalı istehlakçılara çatdıracaq Cənub Qaz Dəhlizinin reallaşdırılması yolunda böyük addımdır: "Azərbaycan, Gürcüstan və bütün Türkiyə boyu Trans-Anadoludan keçən boru kəmərini genişləndirməyi nəzərdə də tutan Cənub Dəhlizi Avropanın qaz təchizatına yeni mənbə gətirəcək və Birləşmiş Ştatlar bu məqsədi dəstəkləyir".

P.Ventrell qeyd edib ki, TAP-ın tikintisi Üçüncü Enerji Paketi çərçivəsində qaz nəqli marşrutlarını diversifikasiya etməyi və rəqabəti artırmağı qərara almış Avropanın marağındadır. “Dövlət Departamentində hesab edirlər ki, TAP Avropanın enerji təhlükəsizliyinə yardım edəcək və tədarükçülər arasında rəqabəti artıracaq. Eyni zamanda TAP enerji resurslarına qlobal tələbatı ödəməyə də imkan verəcək” - deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG