Accessibility links

Bloq: Amerika azərbaycanlıları həmrəylik gününü qeyd edir


ABŞ-da yaşayan azərbaycanlılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müxtəlif tədbirlər keçirir. Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Floridada Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor qrupları dünya azərbaycanlılarına təbriklərini çatdırır.

Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyətinin icma üzvlərinə göndərdiyi təbrik məktubunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əhəmiyyəti göstərilir. “23 il bundan əvvəl, 1989-cu ildə ilin son günü minlərlə insan Araz çayının hər iki tərəfində sahilə yığışaraq, Sovet İttifaqı və İran arasında səddi götürdü. 70 ildən sonra milyonlarla insanı bir-birindən ayıran səddin aradan götürülməsi və ailələrin qovuşması on illərdir mövcud olan “dəmir pərdə”nin qalxmasına və bundan bir il sonra sovet rejiminin süqutuna yol açdı” deyə məktubda qeyd deyilir.





Amerikadakı Azərbaycan diaspor təşkilatları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edir, onlara uğurları arzu edir.
XS
SM
MD
LG