Accessibility links

Amerika - Azərbaycan Təhsil Mərkəzi açılır


Amerika - Azərbaycan Təhsil Mərkəzi açılır
Amerika - Azərbaycan Təhsil Mərkəzi açılır

ABŞ - Azərbaycan Təhsil Mərkəzi Amerika Şurası, IREX, Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiyasiyası (AAA) kimi təşkilatları bir araya gətirən tam yeni bir mərkəzdir. Burada şagirdlər Amerikada təhsil imkanları və Amerika məktəbləri ilə mübadilə proqramı haqqında lazımlı məsləhət və məlumat alacaq.

ABŞ - Azərbaycan Təhsil Mərkəzi öz açılışını “Amerikada Təhsil” universitet yarmarkası ilə qeyd edir. İyunun 11-də Bakıda Təhsil yarmarkası baş tutacaq və ABŞ-da təhsil almaq istəyən hər kəs üçün açıq olacaq.

Amerika səfirliyinin məlumatına görə, ABŞ-da təhsil almış amerikalı və azərbaycanlı tələbələr Stanford, Florida Dövlət Universiteti, Missuri Universiteti, Con Hopkins Universiteti, Boston Universiteti və bir çox başqa universitetlər də daxil olmaqla 50-dən çox tələbə şəhərciyi haqqında biliklərini paylaşacaq.

ABŞ - Azərbaycan Təhsil Mərkəzi Amerika Şurası, IREX, Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiyasiyası (AAA) kimi təşkilatları bir araya gətirən tam yeni bir mərkəzdir. Burada şagirdlər Amerikada təhsil imkanları və Amerika məktəbləri ilə mübadilə proqramı haqqında lazımlı məsləhət və məlumat alacaq.

Mərkəz haqqında danışarkən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib: “Bu mərkəz Azərbaycanda tamamilə yeni bir fikirdir. ABŞ - Azərbaycan Təhsil Mərkəzi ABŞ-da təhsil ilə maraqlanan hər kəsə istər birbaşa ABŞ universitetlərinə müraciət etmək, istər səfirliyimizin mübadilə proqramları ilə tanış olmaq və yaxud da sadəcə ABŞ-da təhsil almış gənclərlə görüşmək istəsələr, bütün bunlara imkan yaradacaq”, -deyə o qeyd edib.

Mərkəz C.Cabbarlı kuçəsi - 40 , Caspian Business Center-də yerləşir. Mərkəz bazar ertəsindən cümə gününə kimi saat 09.30 – 21.00-dək, şənbə günləri saat 10.00 – 18.00-dək açıqdır.

XS
SM
MD
LG