Accessibility links

Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır


Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır

Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır

ABŞ-da yaşayan azərbaycanlıların təşkilatları və qrupları Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə diqqət verilməsi məqsədilə kampaniya başlayıb.

ABŞ hökuməti və Konqres üzvlərinə ünvanlanmış müraciətdə Amerika azərbaycanlıları Urmiyə gölünün qorunması məqsədilə fəaliyyət göstərməsi üçün İran hökumətə təzyiq göstərilməsinə çağırır. Məktubda deyilir ki, artıq illərdir on minlərlə Azərbaycan türkü, xüsusilə də İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmiyə sakinləri İran hökumətinin göldə yaranmış ekoloji böhrana gətirib çıxarmış siyasətinə etiraz olaraq aksiyalar keçirir.

Lakin Amerika azərbaycanlıları bu təzyiqlərin nəticə vermədiyini və məsələyə beynəlxalq diqqətin göstərilməsinin vacib olduğunu qeyd edir.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Amerika hökuməti və Konqresi öz nüfuzundan və mövqeyindən istifadə edərək, BMT və onun agentilklərinə, habelə ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciət edərək, Urmiyə gölünün qorunması üçün öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nail olmaq məqsədilə İran hökumətinə təzyiq göstərməyə çağırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG