Accessibility links

Amerikanın Əfqanıstandakı hərbi kontraktor bazasına qarşı hücumun məsuliyyətini Taliban üzərinə götürüb. Hadisə zamanı iki əfqan fəhlə həlak olub, onlarla insan yaralanıb.

Taliban hücumun kamikadze hücumu olduğunu və hərbi qüvvələrin təhlükəsizliyini təmin edən “Contrack” bazasının hədəf alındığını etiraf edib.
Bu gün baş verən daha bir insident nəticəsində 9-la 13 yaş arasında 10 qızın həlak olduğu bildirilir. Qızlar odun yığdıqları vaxt minaya düşüb.

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandanı, general Con Allen hadisə qurbanlarının ailə üzvlərinə başsağlığı verərək, Əfqanıstanın dünyada ən çox mina yerləşdirilən ölkə olduğunu bildirib.
XS
SM
MD
LG