Accessibility links

Azərbaycanlı məktəbli Amerikada [Video]


Benjamin Franklin Transatlantik Təqaüdçülər Təşəbbüsünün iştirakçıları bu günlərdə Amerikanın Səsinin qonağı olublar. Transatlantik tellərin, Amerika və Avropa millətləri arasında münasibətlərin inkişafına həsr olunan proqramın iştirakçıları sırasında Azərbaycandan Rəşid Əliyev də olub.

Rəşid Amerikanın Səsinə müsahibədə proqramın məqsəd və məramları haqda danışmış, proqram çərçivəsində iştirak edəcəyi tədbirlər barədə məlumat vermişdir. O, bu proqrama üzvü olduğu “Scouts” qrupu vasitəsilə qatıldığını və Amerikaya gəlməkdən məmnunluq hissi keçirdyini bildirib.

Rəşidin təmsil etdiyi qrupda 30-dan çox millətin o cümlədən Birləmiş Ştatların nümayəndələri var.

Mövcudluğunun səkkizinci ilinə daxil olan Benjamin Franklin Transatlantik Təqaüdçülər Təşəbbüsü hər yay fəslində gənclərin Amerikaya səyahətini təşkil edir. Proqramın məqsədi avropalı və amerikalı gənclər arasında münasibətləri inkişaf etdirmək, paylaşılan ümumi dəyərləri möhkəmləndirmək, azadlıq və əməkdaşlıq prinsipləri ilə tanışlığı artırmaqdır. İnstitutun ilham mənbəyi dini tolerantlığı yüksək dəyərləndirmiş, sosial mobilliyi sinfi imtiyazlara üstün tutmuş və bütün varlığı ilə azad sözə inanmış Amerikanın qurucu babalarından olan Benjamin Franklindir.
XS
SM
MD
LG