Accessibility links

Rusiya ilə Amerikanın iqtisadi maraqları uzunmüddətli əməkdaşlığa yol aça bilər


ABŞ-ın Asiya və Rusiya ilə gərgin münasibətləri biznes əlaqələrinə mane ola bilməyib.

ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyünün ABŞ şirkətlərinin çiçəklənməsinə yardım edəcəyini deyib.“Bu, qanunlara əsaslanan ticarətə xidmət edir. Rusiyanın ticarət tərəfdaşlığı imtiyaz deməkdir.”

Amerikanın APEC-dəki nümayəndəsi Skott Prays Rusiya və Asiya ilə bağlı nikbinliyini dilə gətirir. Onun Volmart-Asiya şirkəti Yaponiyada yeni mağazalar açıb. “Çinlilərin 79, hindistanlıların 72, yaponların 70 faizi üçün qiymət əsəs amildir. Əgər keyfiyyətli məhsulu yaxşı qiymətə satırsınızsa, onları malın Amerika, Fransa və ya Çində istehsal edildiyi maraqlandırmır. Onları yalnız keyfiyyət maraqlandırır.”

ABŞ-ın Ernst bə Young hesabdarlıq şirkətinin rəhbəri Ceyms Turli Vladivostokda ofis açır. “Rusiyadakı avropalı və amerikalı investorlar orada olmaqlarından razıdırlar. Onlar investisiya etməklə yanaşı, Rusiya ilə işləməyi öyrənirlər. Rusiyada işləyən şirkətlər artım əldə etmək istəyir.”

Konqresin ABŞ-Rusiya ticarət qanun layihəsi Rusiyada insan hüquqlarının vəziyyətinə görə kölgə altına düşə bilər. Lakin ABŞ-Rusiya Biznes Şurasının prezidenti Ed Verona bununla razılaşmır.“Bizim ticari və iqtisadi əlaqələrimiz dövlətlərarası siyasi və geopolitik vəziyyətdən asılı olmamalıdır.”

Kremllə Ağ Ev arasındakı qeyri-müəyyənliyə baxmayaraq, Rusiya ilə Amerikanın iqtisadi maraqları uzunmüddətli əməkdaşlığa yol aça bilər.

ABŞ-Rusiya ticarət əlaqələri
please wait

No media source currently available

0:00 0:02:34 0:00
XS
SM
MD
LG