Accessibility links

Amerika hərbi gəmisinin rəsmi Pekinin iddia etdiyi münaqişəli süni ada ətrafında üzməsi nəticəsində ABŞ və Çin çərşənbə axşamı günü Cənubi Çin dənizində yenidən üz-üzə gəlib. Çin öz növbəsində ABŞ gəmisinə xəbərdarlıq etmək üçün döyüş təyyarələrini havaya qaldırıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, USS William Lawrence adlı hədəfli raketvuran gəmi Cənubi Çin dənizində yerləşən Fiery Cross Reef adlı quru sahəsinə 22 km-lik məsafəyə qədər yaxınlaşıb.

Rəsmi Çinin məlumatına görə, buna cavab olaraq iki döyüş təyyarəsi və 3 hərbi gəmi ABŞ gəmisinin keçidini müşahidə edərək gəmini quru sahəsinə yaxın suları tərk etməsi üçün xəbərdarlıq verib.

Fiery Cross okean dibi materiallarından təşkil olunmuş 280 hektar ərazidən ibarətdir. Bu quru sahəsinə Çin və bir neçə başqa ölkə iddia edir.

Rəsmi Pekin burada son bir neçə il ərzində 3000 metr uzunluğunda eniş zolağı, liman və digər hərbi qurğular inşa edib.

Bir ildən az bir müddətdə ABŞ Cənubi Çin dənizində naviqasiya azadlığı adı altında 3 əməliyyat həyata keçirib.

XS
SM
MD
LG