Accessibility links

Amerika Cənub enerji dəhlizini dəstəkləyir


Amerika Cənub enerji dəhlizini dəstəkləyir
Amerika Cənub enerji dəhlizini dəstəkləyir

SSRİ dağıldıqdan sonra Amerikanın əsas məqsədi yeni yaranmış müstəqil dövlətlərin siyasi müstəqilliyinin təmin edilməsi olub

“Amerika hökuməti Cənub enerji dəhlizi layihəsini dəstəkləyir. Mahiyyət etibarı ilə yeni administrasiyanın siyasəti bundan öncəki administrasiyanın siyasəti ilə eynidir. Hazırda əsas məqsəd Türkiyədə qərb bazarlarına neftin göndərilməsinin daha səmərəli yolunun tapılmasıdır”. Bunu Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının böyük əməkdaşı Edvard Çou jurnalistlərin suallarının cavabında bildirib.

1990-cı ildən başlayaraq Amerikanın Xəzər regionunda enerji siyasətinin kifayət qədər davamlı olduğunu deyib: “SSRİ dağıldıqdan sonra Amerikanın əsas məqsədi yeni yaranmış müstəqil dövlətlərin siyasi müstəqilliyinin təmin edilməsi olub. Siyasi müstəqilliyin davamlılığı isə iqtisadi müstəqillikdən keçir”.
Ekspert hesab edir ki, Azərbaycan cənub dəhlizinin inkişafında böyük rola malikdir: “Azərbaycan həm böyük həcmdə neft-qaz ixracatçısı və tranzit ölkədir. Şahdəniz qazının nəqlindən sonra Qazaxıstan qazının Azərbaycan vasitəsilə ixracatına da tələbat artacaq”.
Cənab Çounun dediklərinə görə, Amerika bir qayda olaraq, Xəzərdə enerji resurslarının istehsalı üçün Xəzəryanı dövlətlərə texniki kömək təklif edib. “Amma Amerikanın bu köməyi heç də region dövlətlərinin hamısı tərəfindən qəbul edilmir”, - o vurğulayıb.
O, qaz layihələrindən danışarkən Amerikanın Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlı olduğunu deyib. Onun fikrincə, 2008-ci ildə dünyada iqtisadi böhran başlayandan sonra Avropanın qaza tələbatı azalıb. “Bu səbəbdən də regionda böyük layihələrə yaxın zamanda maraq böyük olmayacaq. Kiçik və orta layihələrin reallaşdırılmasına üstünlük verilməlidir. Bu layihələr həm riskləri azaldar, həm də regiona ümidləri artırar”, - ekspert vurğulayıb.
Cənab Çounun fikrincə, 10-15 ildən sonra regionda böyük layihələrə, ümumi dəyəri 10-20 milyard dollar olan layihələrə tələbat yarana bilər: “Bakı-Supsa kimi kiçik layihələr olmadan Bakı-Tbilisi-Ceyhan kimi böyük riski olan layihələr qurmaq mümkün deyil”.

XS
SM
MD
LG