Accessibility links

Amerikanın Milli Demokratiya İnstitutu Azərbaycanda fəaliyyətini bərpa edir


Amerika Milli Demokrat İnstitu-logo
Amerika Milli Demokrat İnstitu-logo

Azərbaycan hakimiyyəti Amerika Milli Demokratik İnstitutunun (NDİ) dövlət qeydiyyatını bərpa edib

Azərbaycan hakimiyyəti Amerika Milli Demokratik İnstitutunun (NDİ) dövlət qeydiyyatını bərpa edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə məlumatı təsdiq edərək bildiriblər ki, NDİ ilə müvafiq saziş imzalanıb və təşkilat qeydiyyata alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici QHT-nin ölkədə fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır.
Lakin, bu qərardan əvvəl 2011-ci il martın 10-da Azərbaycan hakimiyyəti NDİ və Norveç İnsan Haqları Evinin bölməsini – “İnsan Haqları Evi”nin fəaliyyətini dayandırmışdı. Buna səbəb kimi Ədliyyə Nazirliyi ilə razılaşmanın olmaması göstərilmişdi.
Ədliyyə Nazirliyinə çoxsaylı müraciətlərə baxmayaraq Norveç təşkilatının qeydiyyatı bərpa olunmayıb.

Artıq NDİ Azərbaycanda siyasi partiyalarla və vətəndaş cəmiyyəti ilə işinə dair layihələrin reallaşmasını davam etdirə bilər.

Vikiliks-in materiallarına görə, bir neçə il öncə məhz NDİ-nin fəaliyyəti rəsmi Bakını qıcıqlandırıb və Ramiz Mehdiyevin timsalında Prezident Administrasiyası dəfələrlə ABŞ səfirlərindən “radikal müxalifətin dəstəklənməsinə” son qoyulmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG