Accessibility links

2014 Detroyt avtomobil sərgisi [Video]


2009-cu ildə Chrysler şirkəti iflasa uğrayıb. Şirkət, Çarls Arçedin də işlədiyi Sterling Heights-da yerləşən zavodu da daxil olmaqla aktivlərinin taleyini xilas etmək üçün mübarizə aparıb.

Çarls Arçedin: Mən və mənim həyat yoldaşım zavodda işləyirdik. O təzminatla razılaşdı. Mən isə zavodda qalmağa qərar verdim. Burada 50/50 şans vardı, şirkət müflis ola bilərdi. Mən riskə getdim.

Həmin riskə dəydi. Chrysler nəinki zavodu bağlamaq qərarını dəyişdi, hətta istehsalını genişləndirdi. Bu il Şimal Amerika Beynəlxalq Avtomobil sərgisində şirkət həmin zavodda işləyən Arçed kimi işçilərin yeni orta ölçülü minik avtomobili istehsal edəcəyini elan edib. Bu, yaxın gələcəkdə zavod işçilərinin işlərini zəmanət altına alınmasını təmin edəcək.

Çarls Arçedin: Bizə xəbər çatdı ki, şirkət yeni avtomobillərin istehsalı üçün bizim zavoda bir milyard dollar investitisya edəcək. Bu möhtəşəm idi.

Debbi Steybnau: Biz qayıtdıq, avtomobil sənayesi, Miçiqan ailəsi geri dönüb.

Demokrat Partiyasından senator Debbi Steybnau Miçiqan ştatını təmsil edir. O deyir ki, Chrysler şirkətinin xəbəri ABŞ avtomobil sənayesinin böhrandan çıxması istiqamətindəki nümunələrdən sadəcə biridir. İrələyişlər bu ilki sərgidə özünü göstərir.

Debbi Steybnau: Biz bu gün nəinki yanacaq iqtisadiyyatını, hətta dahi mühəndisliyi, dizayn və texnologiyanı görürük.

Sərgidə İnkişaf nümunələrinə sübutlardan biridə General Motors şirkətinin Chevrolet avtomobili idi. Kiçik, yanacağa qənaətcil avtomobil yerinə şirkət, Chevrolet Corvette-in yüksək göstəricəyə, çox yanacaq sərf edən yeni modelini təqdim edib, üstəlik yüksək qiymətə.

Kristi Landi: Siz bizim ən yeni, sonuncu, keyfiyyətli yönlərimizə üstünlük verdiyimizi görürsüz. Ancaq bu o demek deyil ki, biz yanacağa qənaətcil avtomobilərə üstünlük vermirik.

Kristi Landi deyir ki, Chevrolet Spark və Sonic yanacağa qənaətcil avtomobillərin satişı keçən ilə nisbətən 10 faiz artıb.

Mətbuat konfransında Chevrolet-in rəqibi Ford-un icraçı direktoru Alan Mulalli bu kimi avtomobillərə təlabatın böyük olacağını təxmin edir.

Alan Mulalli: Biz kiçik avtomobillərin bu on ilin sonunda toplam satışın yarıdan çoxunu təmsil edəcəyini gözləyirik. Bizim satışlarımızın çoxu Asia-Sakit Okean regionundandır.

Bu Ford işçiləri üçün yaxşı xəbərdir. Ancaq ABŞ avtomobil sənayesinin vətəni Miçiqan, 9 faizlə ölkədə ən yüksək işsizlik faizinə sahib ştatlardan biridir.

İqtisadiyyatın çiçəklənməsi ilə bəzi işlərin yenidən bərpa olmasına baxmayaraq, bu rəqəm bölgədə böhran zamanı bağlanan iş yerlərinin cüzi hissəsini təşkil edir.
XS
SM
MD
LG