Accessibility links

Amerika dövlət katibi Azərbaycan prezidenti ilə telefonla danışıb


Amerika dövlət katibi Azərbaycan prezidenti ilə telefonla danışıb
Amerika dövlət katibi Azərbaycan prezidenti ilə telefonla danışıb

ABŞ-ın Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmindədir

Dekabrın 15-də Amerika dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirərək ABŞ-ın Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Bu barədə Azərbaycan prezidentinin mətbut xidməti məlumat yayıb.

Vaşinqtonda keçirilən brifinqdə isə Dövlət Departamentinin mətbuat katibi Filip Krouli bildirib ki, xanım Klinton prezident Əliyevlə “strateji tərəfdaşlığa dair bəzi məsələləri” müzakirə edib. Eyni zamanda o, “Wikileaks” saytında dərc olunmuş məlumatlarla bağlı təəssüfləndiyini bildirib. Cənab Əliyevin xanım Klintonun təəssüf hissinə münasibəti ilə bağlı sualın cavabında mətbuat katibi deyib ki, prezident Əliyev bildirib ki, “bu cür sızmalar iki ölkə arasındakı uzunmüddətli əməkdaşlığa təsir göstərməyəcək”.
“Azərbaycan ABŞ üçün əsas tərəfdaş olaraq qalır”, - cənab Krouli əlavə edib.

XS
SM
MD
LG