Accessibility links

Amerika dövlət katibinin müavini Bakıya gəlir


Amerika dövlət katibinin müavini Bakıya gəlir

Amerika dövlət katibinin müavini Bakıya gəlir

Cənab Berns həmçinin daxili islahatları, o cümlədən demokratik və iqtisadi dəyişiklikləri, energetika sahəsində əməkdaşlıq və təhlükəsizlik, həmçinin Xəzərdə təhlükəsizlik, terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu gün Azərbaycan jurnalistlərinin müxalifətin aprelin 2-də keçirdiyi mitinqin dörd iştirakçısının azadlıqdan məhrum edilməsi ilə bağlı sualına cavabda deyib ki, ABŞ-ın mövqeyi oktyabrın 3-də məhkəmədən dərhal sonra artıq səslənib.

Xatırladaq ki, ABŞ məhkəmənin bu qərarı ilə bağlı təəssüfünü bildirib və Azərbaycan hakimiyyətini ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırıb. ABŞ həmçinin ölkənin hüquqi qurumlarını bu şəxslərin apellyasiya şikayətlərinə obyektiv baxılmasını təmin etməyə çağırıb.
Ümumilikdə 2 aprel 2011-ci il aksiyasının 10 iştirakçısı müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Səfir eyni zamanda ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə müavini Uilyam Berns bu həftə Bakıya gözlənilən səfəri barədə də suala cavab verib. “Cənab Berns bütün sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə Bakıya gələcək”.
Səfirin sözlərinə görə, birinci yerdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi durur. “Onun ideyaları var, o, bu ideyaları ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bratke ilə inkişaf etdirib”, - deyə səfir Brayza qeyd edib.
Cənab Berns həmçinin daxili islahatları, o cümlədən demokratik və iqtisadi dəyişiklikləri, energetika sahəsində əməkdaşlıq və təhlükəsizlik, həmçinin Xəzərdə təhlükəsizlik (enerji infrastrukturlarının təhlükəsizliyi –müəllif), terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək”.

XS
SM
MD
LG