Accessibility links

Amerika Dövlət katibinin müavinin köməkçisi Bakıya gələcək


Amerika Dövlət katibinin müavinin köməkçisi Bakıya gələcək

Amerika Dövlət katibinin müavinin köməkçisi Bakıya gələcək

Erik Rubinin səfəri İran-Amerika münasibətlərinin kəskin dövrünə təsadüf edir.

Yanvarın 18-19-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubin Azərbaycana səfəri gözlənilir.
Amerikanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsi radiosuna bildirilib ki, cənab Rubinin Azərbaycana səfəri gözlənilir. Hələlik səfərin vaxtı və məqsədi barədə məlumat verilməyib.
Erik Rubinin səfəri İran-Amerika münasibətlərinin kəskin dövrünə təsadüf edir. Eyni zamanda, ekspertlər hesab edir ki, Əfqanıstana NATO yüklərinin daşınması, neft kəmərləri və Xəzərdəki enerji obyektlərinin təhlükəsizliyi ilə bağlı məsələlər gündəlikdə ola bilər. Səfər zamanı ölkədə insan hüquqları, demokratiya, vicdan məhbusları kimi məsələlərin danışıqların gündəliyində olduğu güman edilir.

XS
SM
MD
LG