Accessibility links

Amerika Dövlət katibliyi Bəxtiyar Hacıyevə qarşı pis rəftarı araşdırır


Amerika Dövlət katibliyi Bəxtiyar Hacıyevə qarşı pis rəftarı araşdırır
Amerika Dövlət katibliyi Bəxtiyar Hacıyevə qarşı pis rəftarı araşdırır

Avropa və Avrasiya İşləri üzrə Dövlət Departamentinin fəaliyyətdə olan yardımçı katibi Filip Qordon (Philip Gordon) Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun qarşısında Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığına qoyulan məhdudiyyətlərlə bağlı ABŞ-ın narahatlığını dilə gətirib və cənab Hacıyevin işini qaldırıb.

ABŞ-ın İllinoys ştatından olan senator Mark Kirkin Amerika Dövlət katibi Hillari Klintona ünvanladığı məktuba cavab verilib. Hər iki məktubun mətnini Bəxtiyar Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsi yayıb.

Məktubda Azərbaycanda insan haqları sahəsində vəziyyət və həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin qeyri-insani davranışa məruz qalmasının araşdırılması xahiş edilir.

Dövlət Katibliyinin Qanunvericilik İşləri üzrə fəaliyyətdə olan katib əvəzi Joseph E. Macmanus senatora cavab məktubunda bildirib ki, azərbaycanlı gənc fəal Bəxtiyar Hacıyevin vəziyyəti ilə bağlı məlumat xahiş etdiyiniz 24 mart tarixli məktubunuza görə təşəkkür edirik.

“Biz sizin cənab Hacıyevin işi ilə bağlı narahatçılığınızı bölüşürük və son dərəcə ciddiliklə ona qarşı pis rəftarla bağlı ittihamları araşdırırıq. Biz Azərbaycan hökumətini bu vacib məsələyə cəlb etmək üçün təcili addımlar atmışıq. Cənab Hacıyev hazırda hərbi xidmətdən yayınma ittihamı ilə məhkəmə öncəsi bir aylıq həbsdə saxlanılır. Azərbaycanın insan hüquqları üzrə ombudsmanı və cənab Hacıyevin vəkillərinin verdiyi məlumata görə, onda pis rəftarın əlamətləri müşahidə edilib, lakin onlar işgəncənin əlaməti deyil. Biz səlahiyyətlilərə bu, ciddi ittihamları araşdırmaları üçün təzyiqləri davam etdirəcəyik. Azərbaycandakı ABŞ səfirliyi Azərbaycan rəsmiləri qarşısında cənab Hacıyevin işini qaldırır və Siz də qeyd etdiyiniz kimi martın 7-də bəyanat verərək hökuməti cənab Hacıyevin hüquqlarına hörmət etməyə və lazımi prosesləri dəstəkləməyə çağırıb”.

Cavab məktubunda həmçinin bildirilir ki, Avropa və Avrasiya İşləri üzrə Dövlət Departamentinin fəaliyyətdə olan yardımçı katibi Filip Qordon (Philip Gordon) Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun qarşısında Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığına qoyulan məhdudiyyətlərlə bağlı ABŞ-ın narahatlığını dilə gətirib və cənab Hacıyevin işini qaldırıb. “ATƏT-dəki ABŞ missiyası 17 mart ATƏT-in Daimi Şurasının Bəyanatında bu məsələni qaldırıb. Biz bu işi yaxından izləməyə davam edirik və Azərbaycan hökumətini narahatlıqlarımıza cavab verməyə çağırırıq”, - deyə dövlət katibliyi qeyd edir.

XS
SM
MD
LG