Accessibility links


Amerikalılar bu gün sentyabrın 2-i Əmək gününü qeyd edir. İşçilərin verdiyi töhfələrin qeyd edildiyi bu gün həm də qeyri-rəsmi olaraq yay mövsümünün başa çatması hesab edilir.

Amerikada sentyabr ayının ilk bazar ertəsi rəsmi bayram kimi 1894-cü ildən etibarən həmkarlar ittifaqlarının təkidi ilə qeyd edilməyə başlayıb. On illər ərzində ölkənin böyük şəhərlərində zavod və fabriklərin həmkarlar ittifaqlarında birləşmiş fəhlələrin şərəfinə böyük paradlar keçirilirdi.

Son 30 il ərzində müasir texnologiyaların inkişafı və dünya iqtisadiyyatının qloballaşması nəticəsində fəhlə həmkarlar ittfaqlarının üzvlərinin sayının kəskin azaldığı müşahidə edilir. 1983-cü ildə Amerika fəhlələrinin 20 faizi həmkarlar ittifaqlarında təmsil edilirdisə, 2012-ci ildə isıə bu rəqəm vəmi 12 faiz təşkil edib.

Buna baxmayaraq, illər ərzində fəhlələrin beş günlük iş gününə keçməsi, iş yerindən səhiyyə sığortasının verilməsi və məzuniyyət zamanı maaşların ödənilməsi kimi irəli sürülən tələblər yerinə yetirildiyi üçün həmkarlar ittifaqlarının əməyi hədər getməyib.

ABŞ-da bir sıra korporasiyalar fəal şəkildə iş yerində həmkarlar təşkilatlarınınn yaranmasının əleyhinə çıxır.

Birləşmiş Ştatlarda Əmək günü amerikalılar şəhər kənarına səfər edir, ailə üzvləri və dostları ilə istirahət edir. Bir sıra ştatlarda tədris ili Əmək günündən sonra başlayır.
XS
SM
MD
LG