Accessibility links

Amerikada qeyri-qanuni mühacirlərə dair yeni proqram qüvvəyə minib


ABŞ-da yaşayan gənc qeyri-qanuni mühacirlər deportasiya olunmalarının qarşısını almaq üçün yeni proqrama qeydiyyatdan keçirlər.

Hökumətin uşaq vaxtı Amerikaya gələnlər barədə xüsusi proqramı çərşənbə günü qüvvəyə minib.

Proqram valideynləri tərəfindən ABŞ-a qeyri-qanuni olaraq gətirilmiş uşaqlara bir sıra şərtlərə əməl olunduğu təqdirdə deportasiya qorxusu olmadan ölkədə qalmağa icazə verir.

Bu şərtlərə tələbə yaxud veteran olmaq və ictimaiyyətə kriminal təhlükə törətməmək daxildir.

Applikantların yaşı 31-dən az olmalı və onlar Amerikaya 16 yaşdan əvvəl gəlməli idilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG