Accessibility links

Amerikada orduya niyə qoşulurlar? [Video]


Amerikada orduya niyə qoşulurlar?
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Amerikada orduya niyə qoşulurlar?

Bir çox ölkədə hərbi kvotanı doldurmaq üçün məcburi hərbi qulluq mövcuddur. Lakin Brləşmiş Ştatlarda hərbi xidmət könüllüdür. Amma orduya yazılmaq heç də asan proses deyil.

Serjant Terel Tomas Hava Qüvvələrinə doqqzl il öncə qoşulub. İndi o, Virciniyada könüllüləri orduya yazdırır.

4—6 il uzun müddətdir. Bu aralar uşaqların çoxu düşünür ki, orduya 18 yaşında qoşulsalar və dörd ilə xidmət göstərsələr, 22 yaşında olacaqlar və fərqli bir həyat qurmaları üçün artıq gec olacaq
Temel Tomas

“Mən universitetdə oxuyanda, təhsil haqqımı özüm ödəyirdim. Çox çətin idi. Mən valideyinlərimlə birlikdə yaşayırdım. Sonra isə bu həyatdan razı olmadığımı düşündüm və hərbi xidmətə əsgər götürən insanla danışdım. O, çox təmkinli idi və hər şeyi mənə detallı başa saldı və mən orduya qoşulmağa qərar verdim,” deyə Tomas bildirir.

Benjamin Sapr üçün isə orduda xidmət göstərmək bir ailə ənənəsidir.

“Mənin anam Milli Qvardiyaya qoşulmuşdu, atam isə Hava Qüvvələri zabiti idi. Ona görə də mən kiçik yaşlarımdan bu həyata öyrəşdim,” deyə o bildirir.

Orduya qoşulmağın digər bir səbəbi də hərbinin irəli sürdüyü təhsil imtiyazlarıdır. Lakin buna baxmayaraq, orduya yazılmaq asan deyil. Müəyyən bir yaşda olmaqdan əlavə, namizədlər xüsusi bir imtahandan keçməli, narkotik və spirtli içki qəbul etməməli və fiziki müayinədən keçməlidir.

İlkin hərbi təlim çox intensivdir və əsgərin yaxşı tibbi və fiziki bacarıqlara sahib olmağı tələb olunur. Bu çətinliklərə baxmayarq, daha çox qadın və kişi silahlı qüvvələrə qoşulur.

Dünya artıq müxtəlif siyasi qeyri-müəyyənliklərlə üzləşdiyi və Yer Kürəsinin hər guşəsində münaqişələr yaşandığı üçün, Birləşmiş Ştatların bu böhranların həllində ön planda yer alacağı gözlənilir. Bəzən isə bu, xaricə qoşunlar göndərmək deməkdir.

“Mənim valideynlərim narahatdır. Bütün ailəm də narahatdır. Amma mən bunu özüm, övladlarım və onların gələcəyini təmin etmək üçün lazım olan bir risk olaraq görürəm,” deyə Oludare Oqunmadeva bildirir.

Terle Tomal isə deyir ki, əsgərlərin çəkindiyi müharibə zonasına göndərilməkdən daha çox qeyri-müəyyənlik qorxusudur.

“4—6 il uzun müddətdir. Bu aralar uşaqların çoxu düşünür ki, orduya 18 yaşında qoşulsalar və dörd ilə xidmət göstərsələr, 22 yaşında olacaqlar və fərqli bir həyat qurmaları üçün artıq gec olacaq,” deyə o bildirir.

Birləşmiş Ştatlarda hərbi xidmətə çağırış 1973-ildə, Vyetnam Müharibəsinin sonuna yaxın bir ərəfədə dayandırıldı. İndi hərbi xidmət kontrakt üzərində 4-6 il müddətinədir. Bəziləri kontraktı uzatmağa qərar verirlər, çünki Tomasın dediyinə görə, ordudakı insanlar başqa yerdə tapa bilməyəcəkləri bir şeyi aşkar edirlər.

“Dostluq. Çox vaxt 20, 30 il xidmət göstərərn veteranlar bura uşaqlarını gətirəndə orduda tanış olduqları insanlarla olan dostluqlraından bəhs edirlər,” Tomas bildirir.

Serjant Tomasın bu yaxınlarda rütbəsi artırılacaq. Bu arada isə o, gənc amerikalılara ordunun təklif etdiyi faydaları anlatmağa davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG