Accessibility links

Amerika Hərbi Dəniz Qüvvələrinin katibi Bakıda səfərdə olub


Ray Mabus, secretário americano da Marinha, pouco depois da chegada a Luanda

Ray Mabus, secretário americano da Marinha, pouco depois da chegada a Luanda

ABŞ və Azərbaycan arasında Xəzər dənizində mühüm enerji infrastrukturunun qorunmasına aid təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin katibi Rey Meybasın (Ray Mabus) Azərbaycana üçgünlük səfəri bu gün başa çatıb.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfər çərçivəsində cənab Meybas prezident İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanov və başqa Azərbaycan hərbi və mülki rəsmiləri ilə görüşüb. Səfər vaxtı o həmçinin mədəni obyektlərlə də tanış olub.

Cənab Meybas görüşlərdə ABŞ və Azərbaycan arasında Xəzər dənizində yerləşən mühüm enerji infrastrukturunun qorunmasına aid təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. “Mən Azərbaycana qlobal təhlükəsizlik, Əfqanıstanda gördüyü işlərə, regionda, Avropada enerji təhlükəsizliyi və bu ölkənin Amerika ilə dəniz sahəsində əməkdaşlığına görə təşəkkür edirəm”, -deyə o qeyd edib.

XS
SM
MD
LG