Accessibility links

ABŞ-ın iş bazarlarında vəziyyət bir qədər yaxşılaşıb. Ev satışlarında yavaş olsa da, dirçəliş qeydə alınıb. Ötən həftə işsizlik təzminatı üçün müraciət edənlərin sayı 23 min dollar təşkil edib. Ölkə boyu bu göstərici 369 mindir.

Hesabatların birində ev alanların sayının ötən illə müqayisədə bir qədər artdığı qeyd edilib. Digər bir hesabatda şirkətlərin investisiya qoyuluşları sayının azaldığı bildirilir. Ekspertlərin fikrincə, investisiya sektorunda tənəzzül gözlənilir.

Ümumdaxil məhsul istehsalı 1.8 faiz artıb. Bu göstərici çox olmasa da, artıma işarədir.

Sabah ölkənin iqtisadi artımına dair hökumətin hesabatı açıqlanmalıdır.
XS
SM
MD
LG