Accessibility links

Buna baxmayaraq işsizlik səviyyəsi aprel ayına nisbətən yüksələrək 7.6 faiz təşkil edib

ABŞ hökumətinin məlumatına görə may ayında 175 min yeni iş yeri yaradılsa da, işsizlik səviyyəsi yüksələrək 7.6 faiz təşkil edib .

Hesabatda 2009-cu ildə dərin tənəzzüldən sonra bərpa olmağa başlayan ABŞ iqtisadiyyatının qeyri-bərabər nəticə göstərdiyi vurğulanıb. İşsizlik səviyyəsi uzun-müddət üçün təxmin edilən 5.8 faizdən yüksək olaraq qalır, lakin dörd il altı ay bundan əvvəl iqtisadi tənəzzülün başladığı vaxtla müqayisədə aşağı səviyyəyədədir.

Rəsmilər keçən ay biznes xidmətləri, pərakəndə satış və restorant xidmətiləri kimi sahələridə daha çox yeni iş yerləri yaradılıb.

Təhlilçilər Mərkəzi bankın iqtisadiyyata dəstək məqsədilə istiqarazların alınmasını dayandırdığı halda, işsizlik səviyyəsinin gələn aylar nə qədər enəcəyini sual edirlər.

Yni hesabatda may ayında 11,8 milyon insanın iş axtardığı göstərilir. Bu, işsizlik səviyyəsinin 7,5 faiz olduğu aprel ayı iə müqayisədə çox az fərqin olduğu deməkdir.
XS
SM
MD
LG