Accessibility links

Avropa Şurasının xarici işlər naziri Katrin Eşton bildirib ki, İranın nüvə proqramına dair danışıqların növbəti mərhələsi martın 17-də keçiriləcək.

Eşton İran və altı dünya qüdrətlərinin Vyana danışıqlarının səmərəli keçdiyini deyərək, hərtərəfli sazişin əldə olunmasında irəliləyişlər olduğunu vurğulayıb.

Noyabr ayında əldə olunan razılaşmaya görə İran nüvə proqramında ixtisarlara getməsi qarşılığında sanksiyaların bəzilərininyüngülləşdirilməsinə nail olub.

ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın daxil olduğu qrup İrandan nüvə silahları inkişaf etdirməyəcəyinə dair təminat istəyiblər. Bunun qarşılığında İran iqtisadiyyatı zədələyən bütün sanksiyaların ləğvini tələb edir.

İran nüvə proqramının dinc mahiyyət daşıdığını deyir.
XS
SM
MD
LG