Accessibility links

Sorğu-Amerikalılar irqi münasibətlərdən narahatdır


Amerikalıların əksəriyyəti ölkədə irqi münasibətləri mənfi qiymətləndirir.

Washington Post - ABC News-un keçirdiyi ictimai rəy sorğularına görə, amerikalıların 63 faizi bu münasibətlərin qənaətbəxş olmadığını düşünür.

Ötən il sorğularına əsasən bu göstərici 48 faiz təşkil edirdi. Afro-amerikalıların 72 faizi irqi münasibətlərdən razı qalmadıqlarını bildirib.

Ümidsizliyə səbəb Texasın Dallas şəhərində qaradərili kişinin polislər tərəfindən öldürülməsi ola bilər.

Siyasi təsir

İrqi qütbləşmənin Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintona xidmət edəcəyi barədə fikirlər dolaşır. Amerikalıların 58 fair hesab edit ki, Klinton irqi münasibətlərə müsbət təsir göstərə bilər.

Respondentlərin yalnız 26 faizi respublikaçı namizəd Donald Trampın irqi əlaqələri inkişaf etdirəcəyinə inanır. Baxmayaraq ki, o, özünü ən böyük irqçi adlandırır.

Sorğu iştirakçıları irqi münasibətlərin normallaşması üçün təkliflər də irəli sürüb. Onlar bunun üçün kriminal ədliyyə sahəsində islahtlar və siyasi liderlərin ciddi münasibətinə ehtiyac olduğunu irəli sürüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG