Accessibility links

Cümə günü ABŞ prezidentinin Pentaqona səfərinin əsas mahiyyəti İslam Dövləti qrupuna qarşı mübarizə metodlarının müəyyən edilməsi olub.

Amerikanın Səsinə danışan hərbi xadim deyib ki, mübarizə üsullarına Barak Obama dövründə istifadə edilməyən metodlar da daxil edilə bilər.

Bundan əlavə görüş zamanı prezidentin İŞİD-lə mübarəzədə prioritetləri də dinlənilib.

Pentaqonun yüksək rütbəli bir rəsmisi Amerikanın Səsinə bildirib ki, əvvəlki administrasiya İŞİD-i məğlub etməklə yanaşı, Türkiyə ilə əlaqələri saxlamaq niyyətində idi. O,qarşıya hər şeyin birdən məqsəd qoyulduğu zaman prioritetlərin nə olduğunu müəyyən etməyin çətinləşdiyini və hazırda qarşıya konkret məqsədlər qoyulacağını deyib.

Prezidentə təklif ediləcək yeni strategiyaya kürd müxalifətinin silah və hərbi texnika ilə təmin edilməsi də daxil edilə bilər.

İŞİD-lə mübarizədə məhz kürd hərbi birləşməsinin effektivliyi nəzərə alınır. Lakin Türkiyənin terrorçu hesab etdiyi bu qruplaşmanın Amerika tərəfindən dəstəklənməsi rəsmi Ankaranın ciddi qəzəbi ilə qarşılana bilər.

Digər bir mümkün variant Apache vertolyotlarından İŞİD-in paytaxt elan etdiyi Rəqqaya hücumlar zamanı istifadə edilməsi və regiona əlavə ABŞ əsgərlərinin yerləşdirilməsi ola bilər.

XS
SM
MD
LG