Accessibility links

ABŞ səfirlikləri təhdidlə üzləşib


ABŞ təhlükəsizlik səbəbi ilə bazar günü dünyanın bir çox ölkəsində səfirliklər və konsulluqlarını bağlı saxlayacaq.

Dövlət Departamenti Əl-Qaidə və onunla əlaqəsi olan qruplaşmaların hücum təhlükəsinin əsasən Yaxın Şərq və Şimali Afrika ölkələrində yüksək olduğunu bildirir.

Bəyanatda hücum təhlükəsinin avqust ayının sonunadək davam edəcəyi deyilir.
Sənəddə bildirilir ki, adətən bazar günündən işə başlayan səfirliklər və konsulluqlar bağlı olacaq.

Bunlara adətən iş həftəsi bazar günündən çərşənbə axşamına kimi davam edən müsəlman ölkələrindəki səfirliklərin daxil olduğu bildirilib.

Dövlət Departamentinin sözçüsü Mari Harf bu addımı ehtiyat tədbiri kimi adlandırıb.

Rəsmilər bu qərarın uzadıla biləcəyini deyir.
XS
SM
MD
LG