Accessibility links

Cənubi Koreya ordusunun generalı Cunq Seung Co ABŞ generalı Martin Dempsi ilə görüşünü Şimali Koreya ilə artan gərginliklərə görə təxirə salmalı olub.

Onların görüşü aprel ayının 16-da baş tutmalı idi. Lakin Cənubi Koreyanın Birgə Hərbi Qərargahlar İdarəsi ABŞ generalının Seulda olduğu müddətdə Şimalın təhrikçiliyə əl atacağından ehtiyat edildiyini bildirib.

Dünən ABŞ-ın müdafiə rəsmisi Pentaqonun Şimali Koreya ilə gərginliklərin dərinləşdirilməməsi üçün ABŞ-ın Kaliforniyadakı hərbi bazasında keçiriləcək qitələrarası ballistic raketlərin sınağını təxirə saldığını bildirib.

Adının açıqlanmasını istəməyən rəsmi müdafiə naziri Çak Heygelin "Minuteman 3" raket sınağının gələn ayadək təxirə salmasına qərar verdiyini deyib.
XS
SM
MD
LG