Accessibility links

ABŞ-ın müdafiə naziri Cənubi Koreyada səfərdədir


ABŞ Müdafiə Naziri Çak Heyqel Cənubi və Şimali Koreyaı bir-birindən ayıran hərbisizləşdirilmiş zona adlanan ərazini ziyarət edib. O, jurnalistlərə müsahibəsində möhkəm qorunan sərhəddə heç bir kiçik səhvə yol verilmədiyini bildirib.

Cənab Heyqeli Cənubi Koreyanın Müdafiə nazir Kim Kvan-cin müşayiət edib. Onlar Şimali Koreya sərhədçilərinin nəzərləri altında Panmunjom sərhəd kəndində yerləşən obyektləri ziyarət edib.

Daha sonra Çak Heyqel Cənubi Koreya prezidenti Park Quen-hyenlə görüşmək üçün Seula yola dushub.

ABŞ müdafiə naziri Amerikanın müharibə dövründən başladığı nəzarət müddətinin və Cənubi Koreya hərbi qüvvələrinə təlimin uzadılması, həmçinin ölkəyə yerləşdirilmiş 28 min ABŞ əsgərinin yerləşdirilməsi məsələsini müzakirə etmək üçün cənubi Koreyadadır.

Cənubi Koreya 2015-ci ildə hərbi qüvvələrə tam nəzarəti öz üzərinə götürməyi planlaşdırır.

Cənab Heyqel ABŞ və Cənubi Koreya arasında hərbi ittifaqın 60-ci ildönümünü qeyd etmək üçün təşkil olunan mərasimdə iştirak edib.
XS
SM
MD
LG