Accessibility links

ABŞ Koreya yarımadasında hərbi mövqeyini gücləndirmək məqsədi ilə oraya dəniz qüvvələri göndərir. Bu addım Şimali Koreyanın ballistik raket sınaqlarına xəbərdarlıq mahiyyəti daşıyır.

Carl Vinson zərbə qrupu Sinqapur sahillərində lövbər salmışdı. Lakin ABŞ-ın Sakit Okeanı komandanlığının əmri ilə qrup şimala istiqamət alıb.

ABŞ-ın Sakit Okeanı komandanlığının 3-cü flotiliya komandiri Deyv Benham Amerikanın Səsinin Pentaqon müxbirinə bildirib ki, “3-gü flotiliyanın gəmiləri Amerikanın Sakit Okeanı qərb hövzəsindəki maraqlarını qorumaq üçün oraya göndərilir.

O, birnömrəli təhdidin məsuliyyətsizlik nümayiş etdirən, raket proqramını sabitsizləşdirən və nüvə silahı əldə etməyə çalışan Şimali Koreya olduğunu deyib.

Zərbə qrupunun ləqəbi təyyarədaşıyan USS Carl Vinson adından götürülüb. Bu gəmi 3 raketvuran qurğuya malikdir.

Pxenyan beynəlxalq narahatlıqlara məhəl qoymadan sınaqlarını davam etdirir.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi ölkənin ABŞ-ın hava zərbələrindən müdafiəsi naminə tədbirlərə əl atılacağını bəyan edib.

Koreyanın Mərkəzi Xəbər Agentliyi adı açıqlanmayan rəsmiyə istinadən bildirib ki, bütün bu baş verənlər Pxenyanın nüvə silahına malik olma haqqına daha bir sübutdur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG