Accessibility links

Amerikanın Doğum Şəhadətnaməsi [Video]


Amerikanın Doğum Şəhadətnaməsi
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Bu il iyulun 4-də Amerikanın müstəqilliyinin 240 illiyi qeyd edildi. Lakin “Amerika” adının əsrlər qədər yaşı var və ilk dəfə 16-cı əsrdə qərb yarımkürəsinin yeni torpağı adını alaraq xəritəyə daxil olmuşdu.

Bu, Konqres kitabxanasında nümayiş etdirilən Valdsemüller xəritəsidir . O, işıq şüaları və fotoaparat işığından qorunmaq üçüniki qat şüşənin arxasında arqon qazı ilə doldurulmuş vitrində saxlanılır.

Əgər kimsə xəritəyə yaxından baxmaq istəsə, kitabxana xəritənin faksimilesini təqdim edir.

Con Hessler: “Bu, 1507-ci ilə aid Martin Valdsemüller xəritəsidir. Xəritəşünaslıq tarixinin ən əhəmiyyətli xəritələrindən biridir. Buna Amerikanın doğum şəhadətnaməsi deyilir. Çünki bu qitənin adı olan ilk xəritədir.”

Tarixçilərə Alman xəritəşünaslarının Amerikanı faktiki olaraq kəşf edən Xristofor Kolumb əvəzinə yeni torpaqlara səyyah Ameriqo Vespuççinin adını nəyə görə verdiyi hələ də aydın deyil. Kurator Con Hessler bunu belə ifadə edir.

Con Hessler: “Mən demək istəyirəm ki, Amerikanı Kolumb kəşf edib, Vespuççi isə adını daha çox reklam edib.”

Hindistana yeni yolun tapdığını güman edən Kolumbdan fərqli olaraq, Vespuççi bunun yeni qitə olduğunu başa düşüb və öz səyahətlərini tanıtmaqda çox fəal olub.

Valdsemüller Kristofor Kolumb yeni qitəyə qədəm qoyduqdan 15 il sonra öz xəritəsini çəkib. O zaman həmin ərazilərdə çox az avropalı yerləşmişdi, qalan ərazilərin böyük hissəsi isə naməlum yer olaraq qalırdı. Amma buna baxmayaraq, xəritədə yeni dünya və Amerika qitəsinin şərq sahillərinə oxşar təsvirlər verilib .

Con Hessler: “Bu, hələ də sirr olaraq qalır. Alimlər hələ də bununla bağlı mübahisələr aparır və yeni məlumat tapılana qədər bu, sirr olaraq qalacaq.”

Valdsemüllerin özünün dediyi kimi, bu xəritə təkcə uğulu deyildi. O, dövrünün insanlarını xəritənin olduqda dəqiq olduğuna inandırmağa çalışıb.

Con Hessler: “Burada çox maraqlı bir mətn var. Latın dilində mətndə deyilir ki, əgər "yeni kəşflərlə, Kolumbun, Vespuççinin kəşflərilə tanış deyilsənsə, ilk dəfə bu xəritəyə baxanda narahat olmağa başlayacaqsan. Burada sənin indiyə qədər tanımadığın şeylər var. Lakin narahat olmamalısan, çünki gələcəkdə sən dünyanı belə görəcəksən.”

Xəritə 1901-ci ildə Almaniyadakı qəsrlərin birində tapılıb. Lakin onu almaq üçün 100 il vaxt tələb olundu və xeyriyyəçilərin köməyilə xəritənin alınmasına vəsait toplandı.

2007-ci ildə Konqres kitabxanası Almaniya kansleri Angela Merkelin iştirak etdiyi tədbirdə Valdsemüllerin xəritəsini ictimaiyyətə təqdim etdi.

Əsrlər boyu Almaniyada qəsrlərin birində unudulmuş bu qiymətli xəritə indi miliyonlarla insanın diqqətini cəlb edir.

XS
SM
MD
LG