Accessibility links

ABŞ-da debat: ifadə azadlığı və küfr [Video]


Amerikalılar küfrə qarşı hansısa qanuna lüzum görmür ~ Konstitutsional hüquq belə bir ölçünü istisna edir

Məhəmməd Peyğəmbərin karikaturasını çəkən rəssamların terrorçular tərəfindən öldürülməsi söz azadlığı və küfrlə bağlı debatlara yol açıb. Bu debat Qərb və müsəlman dövlətləri arasında fikir ayrılıqlarının olduğunu göstərir.

Yəhudi yas mərasimlərində oxunan dua bu dəfə Paris hücumlarının qurbanlarının anım mərasimlərinin keçirildiyi Vaşinqton sinaqoqunda səslənib.

Demokratiyaya, maarifçiliyə, pluralizmə hücum edəndə, təəssüf ki çox vaxt ilk qurbanlar jurnalistlər və yəhudilər olur

Fransa səfiri Jerard Arod jurnalistlərin və yəhudilərin hədəf alınmalarının təsadüf olmadığını deyib.

“Demokratiyaya, maarifçiliyə, pluralizmə hücum edəndə, təəssüf ki çox vaxt ilk qurbanlar jurnalistlər və yəhudilər olur”.

Terror hücumları Amerika yəhudilərində Avropadakı anti-semitizmlə bağlı narahtlıq yaradıb və Amerikanın söz azadlığı barədə fərqli fikrə sahib olduğunu göstərib.

Müsəlman polis zabitinin ölümü ilə nəticələnən qətl güclü müzakirələrə səbəb olub. Avropalı müsəlmanlar Məhəmməd peyğəmbəri əks etdirən karikaturalara qadağa qoyulmasını istəyirlər.

Diffamasiya cəmiyyətinin əməkdaşı Deyvid Fridman Amerika hüquq-mühafizə orqanları ilə anti-semitizm məsələsi üzərində işləyir. Ancaq o, Fransadakı kimi anti-semitizmə qarşı qanun istəmir.

“Biz bir qayda kimi düşünürük ki, ifadə azadlığı cəmiyyəti zənginləşdirir, hətta bu, çirkin ifadə olsa belə.”

Eyni zamanda cənab Fridman bildirir ki, insanların müsəlmanları təhqir etməyə hüquqları olsa belə, bu o demək deyil ki, onlar bunu etməlidir.

“İnsanların həssaslıqlarının yüksək olduğu dünyada onların yaralarına duz səpmək və ya “biz bunu edə bilərik” demək daha mərhəmətli və qayğıkeş dünya yaratmağa kömək etmir.”

Müsəlmanların İctimai Əlaqələr Şurasının əməkdaşı Harris Tarin bildirir ki, islamofobiyaya qarşı kampaniyalar nəticəsində amerikalı jurnalistlər Fransada təsvir olunan rəsmlərin təhqdiredici olduğuna inanıb.

“Amerikada qəzetlərin karikaturaları çap etməsinə qadağa olmasa da, Avropa qəzetləri karikuralar çap edəndə Amerika qəzetləri əvvəllər də onları çap etməyib.”

Biz bir qayda kimi düşünürük ki, ifadə azadlığı cəmiyyəti zənginləşdirir, hətta bu, çirkin ifadə olsa belə

O bildirir ki, İslamı təhqir etməyi qadağan edən qanunlar işləmir.

“Pakistan, İndoneziya, Misir kimi yerlərdə hökümət küfrə qarşı qanunlar tətbiq edir və bu qanunlardan əsasən siyasi motivlər üçün istifadə olunur. Qanunlar azlıqda olan qruplara, səlahiyyəti olmayan və çoxluqda olmayan insanlara qarşı istifadə olunur.”

Bütün bunlara baxmayaraq, Atlantik Okeanın hər iki sahilində etiqad və ifadə azadlığı ilə bağlı ümidlər qalmaqdadır.

XS
SM
MD
LG