Accessibility links

ABŞ-ın şifrəli e-mail xidməti Lavabitin fəaliyyəti dayandırılıb. Amerika casusu Edvard Snoudenin istifadə etdiyinə inanılan bu şirkət hökumətin təzyiqlərinə məruz qaldığı düşünülür.

Lavabit veb səhifəsində yayımladığı mesajında xidmətin bağlandığını bildirib. Şirkətin sahibi Ladar Levison deyib ki, bağlanma səbəbini qanunlara zidd olduğu üçün açıqlaya bilmir. Mesajda məhkəməyə müraciət ediləcəyi bildirilir.

Fəaliyyəti dayandırılmazdan əvvəl Lavabit istifadəçilərinə göndərdikləri məktubların yalnız özəl parollarla açılacağına vəd vermişdi.

Digər bir Silent Circle kimi tanınan şirkətin də fəaliyyətinə son qoyulub.
XS
SM
MD
LG