Accessibility links

ABŞ,Türkiyə və Rusiya Suriyada sülhə nail olunması öhdəliklərinə sadiqdir


ABŞ dövlət katibi Suriya sülh danışıqlarının yubadıldığını və avqust ayından sonra keçiriləcəyini bəyan edib.

Bruneydə Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Əhməd Davutoğlu ilə Suriya münaqişəsi ilə bağlı ayrı-ayrı müzakirələr keçirən Con Kerri deyib ki, məsələ ilə bağlı əsas fikir ayrılığı Rusiya və ABŞ arasında mövcuddur. Lakin o, Rusiya və ABŞ-ın müvəqqəti hökumətlə bağlı danışıqlara hər iki tərəfin də cəlb edilmısində eyni fikirdə olduqlarını bildirib.

Con Kerri deyib ki, ölkələrimiz eyni məqsədə qulluq etdikdə, dəyişiklik əldə etmək kimi bir qabiliyyətinə malikdir.

Rusiya prezident Bəşara sadiq qüvvələri silahla təmin edir. Amerika isə yalnız son vaxtlar müxalifətin silahla təmin edilməsinə hazır olduğunu bəyan edib.

Biz sülh yolu ilə problemi ona görə həll etmək istəyirik ki, çünki Suriyanın bir ölkə kimi xilası və dağıntıların azaldılması yolu sülhdür
Con Kerri bütün bunlara baxmayaraq, o və Lavrovun müvəqqəti hökumətlə bağlı danışıqların baş tutmasına çalışıqdıqlarını bildirib."Mənə görüşdə bir şey aydın oldu. Bizim hər ikimiz də danışıqlarla bağlı olduqca ciddiyik.”

ABŞ dövlət katibi Cevevrədə keçirilmısi planlaşdıdılan danışıqların nailiyyətinin hərbi vəziyyətdən asılı olmayaraq, səlahiyyətlərin tam şəkildə müvəqqəti hökumətə verilməsi barədə razılıqdan asılı olacaqğını deyib. “Nailiyyət Əsəd rejimi və ya müxalifətin uğurundan asılı olmayacaq. Çünki müvəqqəti hökumətin yaradılması uğur hesab edilir. Məhz buna görə Çenevrə danışıqları dəyərli hesab edilir.”

Con Kerri Lavrovla hərbi qələbənin Suriyanı bir ölkə kimi xilas etməyəcəyində də razılaşdığını əlavə edib. "Biz sülh yolu ilə problemi ona görə həll etmək istəyirik ki, çünki Suriyanın bir ölkə kimi xilası və dağıntıların azaldılması yolu sülhdür. Bu öhdəlik hər ikimiz üçün də dəyişməzdir.”

ABŞ dövlət katibinin Türkiyənin xarici işlər naziri ilə danışıqları Suriya müxalifətinin qüvvətləndirilməsi və məcburi köçkünlərə humanitar yardımların artırılması məsələləri üzərində mərkəzləşib.

Con Kerri və Əhməd Davutoğlu Əsədə sadiq qüvvələrin Homs şəhərində mülki əhaliyə qarşı hücumları və Hizbullahın Suriyadakı zorakılıqlarına dair narahatlıqlarını dilə gətirib.
XS
SM
MD
LG