Accessibility links

Amerika dünyada məhbusların ən çox olduğu ölkədir [Video]


Hazırda isə ABŞ-da 2 milyondan çox məhbus var

Amerikada məhbusların sayı artmaqda davam edir və bu da ABŞ-ı dünyada ən çox məhbus olan ölkə edib. Bu həftə ABŞ Ədliyyə Nazirliyi 2014-cü il üçün yeni məhbus rəqəmlərini açıqlayacaq. Amerikanın Səsinin əməkdaşı Karolin Presutti Birləşmiş Ştatlarda bu qədər məhbusun olmasının səbəbini araşdırıb.

Cinayətə qarşı sərt olmaq məhbusun həbsxanada keçirəcəyi vaxtı artırmaq demək deyil
Mayk Li

Qari Kannon heroin satdığı üçün 25 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Merilend Cəzaçəkmə Müəssisəsində ət zavodunda işləyir. “Dəmir barmaqlıqlar arxasındakı qəssab” deyir ki, azadlığa buraxılanda özü ilə götürə biləcəyi bir sənəti olacaq.

“Əgər bir insan həbsxanaya salınırsa və onun probleminin həlli üçün heç bir şey edilmirsə, o insan azadlığa çıxanda da eyni insan olaraq çıxır, çünki onun problemləri həll olunmayıb. Bu isə o deməkdir ki, o, azadlığa çıxdığı an eyni cəmiyyətə düşür və o cəmiyyətdə də narkotik maddələr boldur, o insan yenə öz yolu ilə davam edir,” deyə Kannon bildirib.

1980-1990-cı illərdə Kannon kimi qeyri-zorakı narkotik cinayətkarları sərt cəzalarla üzləşirdilər. Üçüncü dəfə həbs olunan narkotik məhkumları isə “üçüncü dəfədən sonra sənin işin bitdi” ləqəbli qanun altında məcburi cəzalar alırdılar.

Bu səbəbdən məhbusların sayı artdı. Hazırda isə ABŞ-da 2 milyondan çox məhbus var. Bu isə bütün dünya üzrə ən yüksək rəqəmdir.

Uardeb Riç Dovi qeyri-zorakı cinayətkarların zorakı canilərlə qarışdırıldıqları günləri xatırlayır.

“O zaman güclü olan qazanırdı. Ona görə də burada daha çox zorakılıqlar baş verirdi,” deyə o bildirib.

İndi isə ondan daha yaşlı narkotik cinayətkarları azadlıqda istifadə edə biləcəkləri bacarıqlar əldə edirlər.

Məqsəd budur - daha çox boş həbsxana hüceyrələrinin olması. Merilend həbsxanalarındakı residivizm nisbətləri ölkədəki ən aşağı rəqəmdir. Orada məhbusların sadəcə dörddə biri həbsxanaya geri dönür.

Əgər bir insan həbsxanaya salınırsa və onun probleminin həlli üçün heç bir şey edilmirsə, o insan azadlığa çıxanda da eyni insan olaraq çıxır, çünki onun problemləri həll olunmayıb

Hazırda Konqresdə bunun kimi digər proqramlar əlavə etməyə çalışanlar və məcburi cəzaları saxlamaq istəyənlər arasında mübarizə gedir. Yuta senatoru Mayk Li isə bu məsələni hakimlərin məsuliyyətinə buraxmaq istəyir.

“Cinayətə qarşı sərt olmaq məhbusun həbsxanada keçirəcəyi vaxtı artırmaq demək deyil,” deyə cənab Li bldirib.

Senatdakı digər qanun layihəsi isə bəzi məcburi cəzaları azaldaraq digər cəzaları artırmağa yönəlib. Bu qanun Kannona kömək etməsə də, ondan sonra həbsə düşən digər məhbuslara şamil olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG