Accessibility links

ABŞ-ın 11 ştatında 170 adam meninqit xəstəliyi ilə diaqnozlaşdırılıb


Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin bildirdiyinə görə, ABŞ-ın 11 ştatında 170 adam meninqit xəstəliyi ilə diaqnozlaşdırılıb. Onların 14-ü dünyasını dəyişib. Ölüm halları əsasən Miçiqan, Tennessi və Virciniya ştatlarında qeydə alınıb.

Meningitin simptomlarının üzə çıxaması bir aydan artıq vaxt tələb edir. Həkimlər deyir ki, menitqitin yayılmasına zəhərli steroid səbəb olub.

İndiyədək Amerikanın 23 ştatında 13 min adam bu inyeksiyanı qəbul edib.

Meninqit beyin və onurğanı qoruyan membranların infeksiyasıdır. Bu xəstəliyin 5 növü elmə məlumdur.
XS
SM
MD
LG