Accessibility links

ABŞ-da gənc mühacirlər deportasiya edilməmək üçün qeydiyyatdan keçir


T
T
ABŞ-da gənc mühacirlər ölkədən deportasiya edilməmələri üçün yeni proqrama yazılır. Hökumətin yeni “Uşaqlıqda mühacirət edənlər üçün gecikdirilmiş fəaliyyət aktı” bu gün qüvvəyə minib.

Proqram Amerikaya valideynləri tərəfindən qeyri-qanuni şəkildə gətiirlmiş gənclərə şərtlər daxilində ölkədə qalmaq və işləmək icazəsi verir.

Onların 31 yaşından yuxarı olmaması və Amerikaya 16 yaşından əvvəl daxil olması əsas şərtlərdir. Bundan əlavə proqramda tələbəlik, hərbi xidmət, habelə kriminal keçmişə malik olmamaq və təhlükəsizliyə hədə törətməmək kimi tələblər də yer alır.

Proqram Amerikada 1.8 milyon qeyri-qanuni mühacirə şamil edilə bilər.
Yeni siyasətin opponetləri mühacirlərin amerikalıların iş yerlərini tutacaqlarını deyir.

Qanunsuz mühacirət məsələsi ABŞ-da mübahisələr mövzudur.

Tənqidçilər hökumətin vətəndaşları deyil, mühacirələrin sosial proqramlarına çox miqdarda vəsait sərf etdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG