Accessibility links

Amerika müsəlmanları Orlandoda silahlı hücumu qınayır


Amerika müsəlmanları Florida ştatının Orlando şəhərində baş vermiş və 50 insanın ölümünə, 53 insanın isə yaralanmasına səbəb olan faciəli silahlı hücumdan sonra hadisə qurbanlarına geniş dəstək göstəriblər.

Paytaxt Vaşinqtonda yerləşən “Make Space” İslam mərkəzinin təsisçisi Amerikanın Səsinə bildirib ki, günahsız insanların qətlə yetirilməsi qorxaq əməldir və bu bütün müsəlmanlar və bütün insanlar tərəfindən qınanmalıdır.

Amerika-İslam əlaqələri Florida konsulu bəyanat verərək bildirib: "Biz bu dəhşətli hücumu qinayırıq və hadisə qurbanlarının ailələrinə və yaxınlarına ürəkdən başsağlığı diləyirik."

Heç bir dini adət bu amansız zorakılıq aktına haqq qazandıra və ya göz yuma bilməz

"Heç bir dini adət bu amansız zorakılıq aktına haqq qazandıra və ya göz yuma bilməz,” deyə Orlandonun İslam mərkəzinin sədri İmam Tariq Rəşid fikrini bildirib.

Mərkəzi Floridanın İslam cəmiyyəti hücumu qınayaraq Facebook səhifəsində bu sözləri paylaşıb: “Biz amerikalılar olaraq cəmiyyətimizə qorxu və bölgü gətirən hər cür hərəkətə qarşı olacağıq.”

Amerika İslam qrupunun rəhbəri İmam Məhəmməd Musri hadisə ilə bağlı bunları bildirib: “Biz bu hadisəni törətmiş şəxsi hansı əqidəyə malik olmasından asılı olmayaraq qinayırıq. Qəzəb və nifrət insan həyatının itirilməsinə səbəb olmamalıdır. Mən bütün terror aktlarını, xüsusən də mənim əqidəm adından istifadə edilərək törədilən aktları qinayıram.”

Müxtəlif müsəlman təşkilatları öz üzvlərini qan verərək, Orlando hücum qurbanları ilə həmrəy olmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG