Accessibility links

Amerika müsəlmanları islamofobiyanı mühüm seçki məsələsi olaraq görür [Video]


Amerika müsəlmanları islamofobiyanı mühüm seçki məsələsi olaraq görür
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Amerika müsəlmanları islamofobiyanı mühüm seçki məsələsi olaraq görür

Amerika müsəlmanlrı ABŞ-ın həddi buluğ yaşına çatmış əhalisinin bir faizini təşkil edir. Buna baxmayaraq, müxtəlif seçicilərin olduğu ştatlarda onlar builki prezident seçkilərində bir fərq yarada bilər.

Biz vətəndaş olmağı özümüz seçmişik. Biz burada olmağı, bu icmaya xidmət etməyi özümüz qəbul etmişik, çünki bura çox gözəl ölkədir
Haytam Bundakcı

Kalifornia ştatının Orange dairəsinin İslam Cəmiyyətində toplaşan müsəlmanlar dini təlimatçının xütbəsini dinləyir. Dini təlimatçı peşəcə stomatoloqur. O, icmada toplaşan müsəlmanlara müxtəlif siyasi baxışlara malik olduğunu deyir.

Onun sözlərinə görə, onlar televizorda çıxış edən namizədlərin islamofob şərhləri və ritorikalarından artıq beziblər.

Əhməd ad çəkmir, amma onun Respublikaçı namizəd Donald Tramp və müsəlmanlarla bağlı şübhələrini dilə gətirən başqlarını nəzərdə tutduğu aydındır.

Məscid üzvləri səsvermə üçün qeydiyyatdan keçməyə təşviq edilir.

Və onlar qeydiyyatdan keçir.

Məsciddə bağlı bir məktəbdə yəni gələcəyin seçiciləri olan uşaqlara vətəndaşlıq dərsləri keçirilir.

bu il biz diqqəti səsverməyə və Amerikada qeydiyyatdan keçmiş secicilərin sayını artırmağa yönəldəcəyik ki, səslərimizin gücünü göstərək.
Ömər Hakim

“Bizim şagirdlərimiz 32 fərqli ölkədən gəlib. Onların yeganə ümumi cəhəti müsəlman olmalarıdır, amma biz hamımız bütün insanlar və vətəndaşların demokratiya və azadlıq haqqının olduğuna inanırıq."

Los Ancelesin afro-amerikalı məhəlləsində yerləşən digər bir İslam məktəbində, tələbələrə Ərəb dili və siyasi fəallıq dərsləri keçirilir.

“Onlar şəxsiyyətin formalaşması və liderlik xüsusiyyətlərindən istifadə edərək icmalarında və hətta qlobal miqyasda dəyişiklik edə biləcəklərini öyrənir.”

Amerika müsəlmanlarının təxminən üçdə ikisi mühacirlərdən ibarətdir.

“Biz vətəndaş olmağı özümüz seçmişik. Biz burada olmağı, bu icmaya xidmət etməyi özümüz qəbul etmişik, çünki bura çox gözəl ölkədir,” deyə iordaniyalı mühacir Haytam Bundakcı bildirir.

Onlar şəxsiyyətin formalaşması və liderlik xüsusiyyətlərindən istifadə edərək icmalarında və hətta qlobal miqyasda dəyişiklik edə biləcəklərini öyrənir.
Əzizə Əli-Regan

Los Ancelesin mərkəzinə yaxın bir yerdə müsəlman icmasının fəalı Ömər Hakim yoxsullar üçün ilkin tibbi yardım paketlərləri hazırlayır. O da Donald Trampın açıqlamalarından narahatdır.

“O bizə özümüzü ifadə etməyə və həqiqi demokratiyanın nə olduğunu göstərməyə bir səbəb verib. Ona görə də bu il biz diqqəti səsverməyə və Amerikada qeydiyyatdan keçmiş secicilərin sayını artırmağa yönəldəcəyik ki, səslərimizin gücünü göstərək,” deyə o bildirir.

Amerika müsəlmanlarnın böyük hissəsi Kaliforniya, İllinois və Nyu-Yorkda yaşayır. Lakin siyasi təhlilçilər deyir ki, müsəlman seçicilər ən böyük təsiri Florida, Ohayo, Virciniya və Pensilvaniya kimi mühüm ştatlarda göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG