Accessibility links

ABŞ-ın neft ehtiyatları (Video)


Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Amerika gələn beş ildə neft ehtiyatı sahəsində üçüncü, gələn 20 il ərzində isə daxili enerji tələbatını qarşılayan birinci ölkə olacaq.

Agentlik ABŞ-ı dünyanın neft bazarlarında ən böyük təchizatçı kimi qələmə verir.

Londonun Chatham House institutunun market üzrə təhlilçisi Con Mitcell "Bunun açarı Amerikanın kerogen neft bazarının inkişafıdır. Son illər inkişaf sürətlənib. Lakin son 3 ildə misilsiz səviyyəyə yüksəlib.”

Hidroparçalanma adlanan proses vasitəsilə təzyiq altında daşdan neft və qaz mayesi alınması Amerikanın bəzi ştatları və bir sıra Avropa ölkələrində zəlzələ və havanın çirklənməsindən ehtiyat edilərək qadağan edilib.

Mübahisələrə baxmayaraq, bu texnologiya Amerikanı 2025-ci ildə özünü enerji ilə təmin edəcək ölkəyə çevirəcək. Bu yolla ABŞ neft hasilatında Rusiyaya üstün gələcək.

Con Mitçel enerji təhlükəsizyiinin Amerikanın xarici siyasətinə təsiri olmayacağını bildirir. "Yaxın Şərq Amerikanın hərbi yardımından asılı olacaqmı? Cavab bəli olacaq Bəs ABŞ –ın buna marağı qalacaqmı?"

Amerikanın enerji asılılığından yaxa qurtarması Yaxın Şərqə böyük təsir bağışlaya bilər. Britaniyanın Durham Universitetin alimi Kristofer Deyvidson “Şeyxlərdən sonra-Körfəz monarxlarının süqutu” adlı kitabın müəllifidir. "Biz

Amerikanın körfəz monarxları ilə münasibətlərdə mövqeyiinin güclənməsinin şahidi olacağıq."

ABŞ-ın körfəzdəki müttəfiqi Bəhreyn kimi ölkədə “Ərəb baharı” kimi bir inqilab yaşanıb.

Deyvidsonun dediyinə görə, neftlə zəngin ərəb ölkələri əhalini müavinətlər verməklə susdurmağa çalışır. Lakin neft ixracından gələn mədaxilin azalması ilə etirazlar alovlana bilər."Son bir neçə il ərzində körfəz ölkələrində ictimai xərclərdə deficit yaranıb. Eyni zamanda “Ərəb baharı” kimi nümayişlərin Suriya və Şimali Afrikaya təsirini görürük.Avtokratlığa tolerantlıq azalıb."

Deyvidsonun dediyinə görə, gələn onilliklər körfəz ölkələrinin neft ixracı istiqamətini şərqə doğru dəyişəcək

Təhlilçilərin fikrincə, neft bumu ABŞ iqtisaiyyatı üçün ucuz enerji təchizatçılarına ehtiyac qoymayacaq. Bu isə öz növbəsində qlobal geo-siyasətə təsir gücünü itirmiş olacaq.
XS
SM
MD
LG