Accessibility links

Söz azadlığı müdafiəçiləri - ABŞ dövlət agentlikləri ilə qarşıdurma [Video]


Söz azadlığı müdafiəçiləri-ABŞ dövlət agentlikləri ilə qarşıdurma
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Söz azadlığı müdafiəçiləri-ABŞ dövlət agentlikləri ilə qarşıdurma

Köynəklərdən birində Milli Təhlükəsizlik Administrasiyası insanlara qulaq asan yeganə dövlət təşkilatı kimi lağa qoyulur.

Amerikalılar bu mesaji görəndə ucadan gülürlər.

Başqa bir köynəkdə Daxili Təhlükəsizlik Nazirliyinin abreviyaturası Dövlət Axmaqlıq Təşkilatı kimi təqdim olunur.

Köynək dizayneri Dan MakKalın bildirib ki, agentliyin rəsmiləri bu dizaynları hazırlayan və satan firmalara sərt məktub göndərərək bu əməllərə dərhal son qoymağı tələb edib.

O, deyir ki, məktubda icazəsiz rəsmi loqoları işlətmək və ya dəyişməyin federal qanunlar tərəfindən qadağan olunduğu yazılıb.

Makkal tələbin ABŞ Konstitusiyasının ifadə azadlığı müddəasını pozduğunu deyir.

Dan MakKalın: Biz qanuna aydınlıq gətirilməsi üçün mübarizə aparırıq və həmçinin təsdiq etmək istəyirik ki, höküməti tənqid etmək cinayət deyil.

İctimai vətəndaş müdafiə təşkilatından hüquqşunas Paul Levi köynək dizaynerlərini müdafiə edir. O hesab edir ki, köynəklər üzərindəki mesajlar satirik məna daşıyır və bu, dövlətin fəaliyyətini sağlam müzakirə etmək anlamına gəlir.

Paul Levi: Mən düşünürəm ki, Makkalın dizaynları qanunla qorunan siyasi ifadədir.

Ulliam və Meri kollecindən hüquq üzrə professor Tim Zik deyir ki, ifadə azadlığı demokratiyanın təməlidir.

Tim Zik: Konstitusiyanın birinci düzəlişi ifadə azadlığını qoruyur, və uzun müddət bu müddəa hökumətin tənqidini müdafiə edib. Yenə deyirəm, konstitusiyanın əsasında vətandaşların özünü-idarəetmə və ictimaiyyət üçün mühüm məsələləri müzakirə edtmək hüququ dayanır.

Mərkəzi Kəşfiyyat Agentliyi də tənqid hədəfinə çevrilib.

Professor Zikin dediyinə görə hər bir president məsxərəyə qoyulub.

Corc Buşa axmaq deyilib.

Prezident Obamanın əleyhdarları onu yalançı adlandırır.

ABŞ Milli Təhlükəsizlik Agentliyi və Daxili Təhlükəsizlik Nazirliyinin rəsmiləri bu mövzu barədə müsahibə verməkdən imtina ediblər.

Bu iş federal məhkəməyə istiqamətləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG