Accessibility links

ABŞ ordusunun müsəlman din xadimi [Video]


Prezidentliyə respublikaçı namizəd Trampın müsəlman amerikalı əsgərin ailəsi ilə mübahisəsi mediada bir fırtına yaratmışdı. Lakin Amerika ordusunda diqqətlərdən kənarda minlərlə müsəlman əsgər, dənizçi, təyyarəçi xidmət edir.

İslamçı militantların 15 il əvvəl hücum etdiyi Pentaqon binasında 11 sentyabr hadisələrinə həsr edilmiş anım otağında müsəlmanları ibadətə çağırış səslənir.

Davud Aqbere orduda beş müsəlman din xadimindən biridir. Pentaqona xidmətə göndərildikdən sonra o burada cümə günü ibadət mərasimini icra edir.

Habiba Heydər: “O burada icma qurub, bizim ibadət edə bilməyimiz üçün yer təşkil edib. Bu böyük işdir.”

Aqbere adi leytenat deyil. O, Qərbi Afrikada Qanada anadan olub boya-başa şatıb.

Davud Aqbere: “Atam mənim Qana ordusunda xidmət etməyimi istəyirdi. Amma mən Green Card lotereyasını uddum.”

“Təkcə Qana deyil, Afrikada böyüyən bir adam üçün Amerika imkanlar ölkəsidir. Oraya getsən hər şey yaxşı olacaq.”

Lakin bir neçə ay yuxarı siniflərdə müəllim işlədikdən sonra o daha çox intizama ehtiyac olduğunu görüb.

Davud Aqbere:“Hərbi qüvvələrə qoşulmaq mənim üçün asan oldu.”

Hərbi kariyerası dövrü o, Əfqanıstan və İraqda xidmət edib. Çox vaxt o, birləşmədə yeganə müsəlman olub. Leytenant Aqbere deyir ki, o, mədəniyyətlər arasında körpü yaratmağa çalışıb.

Davud Aqbere: “Onlar məni bu hərbi geyimdə gördü. Onlar Amerikada, xüsusilə də ABŞ ordusunda müsəlmanlar olduğunu təsəvvür etmirdi və bu bir nəfəri görəndə onlar əvvəlcə çox təəccübləndilər, lakin sonra sevindilər.”

Aqbere uşaqlarına İslam dəyərlərini və insan xarakterinin əhəmiyyətini öyrədir.

Tilahta Aqbere: “O bizə deyir ki, biz yaxşı qiymətlər ala bilərik, amma xarakter olmadan bunun heç bir əhəmiyyəti yoxdur.”

Müsəlmanların ABŞ-a gəlməsinə təklif olunmuş qadağa ilə bağlı siyasi polemikanın aparılmasına baxmayaraq, Aqbere öz ailə üzvlərinə başqalarına münasibətdə nəzakətli olmağı öyrədir.

Orduda din xadim kimi, o, 20 ildən artıqdır Amerika hərbi qüvvələrində xidmət etdir. Lakin leytenant Aqbere onun inancına böhtan atanları heç vaxt mühakimə etməyib.

Davud Aqbere: “Mən irəli getmək istəyirəm. Öz həyat hekayəmi özüm müəyyən etmək istəyirəm. ”

XS
SM
MD
LG